Dec 5, 2020, 11:00 am
4 Users Online

Sanksiyalar gündəmdə deyil

Bu sözləri Azərbaycan Prezidenti ilə görüşdə Niderland Krallığının Azərbaycandakı səfiri xanım Paulin Eizema deyib

Bu gün Niderland Krallının Azərbaycan Respublikasına yeni təyin edilmiş səfiri xanım Paulin Eizema Azərbaycan Prezidenti İlham Əliyevə etibarnaməsini təqdim edib. Təqdimat zamanı Niderland Parlamentində Azərbaycan və Türkiyə rəhbərliyinə Qarabağ müharibəsinə görə, sanksiyaların tətbiq olunması barədə müzakirələr də diqqətə alınıb. 
Səfir xanım Paulin Eizema Niderland Krallığı hökumətinin mövqeyini belə izah edib: 

— Mənim hökumətimin mövqeyi çox balanslaşdırılmışdır. Mən bunu yüksək qiymətləndirirəm. Bu, təhlilin, müzakirələrin və yaxşı dialoqun nəticəsində olub. Mən bir daha vurğulamaq istərdim ki, mənim hökumətimin mövqeyi Avropa İttifaqının mövqeyinə çox uyğundur və çox balanslaşdırılmışdır. Biz münaqişəni izlədik, baş verənləri gördük və münaqişənin hər iki tərəfdə nələrə səbəb olduğu bizi hər zaman çox narahat edir. Bizim sistemdə fərqlilik var. Hökumətin mövqeyi var, parlamentin mövqeyi var və bu, dialoq tələb edir. Bu dialoq bir neçə dəfə baş tutdu və biz qeyd etdik ki, hökumətin balanslaşdırılmış mövqeyinin heç də həmişə parlamentin mövqeyi ilə eyni olması demək deyil. Ötən həftə nazirlə parlament arasında keçirilmiş sonuncu müzakirədə bu məsələlər də qaldırılmışdı. Nazir həm yazılı, həm də şifahi şəkildə israrla bildirdi ki, qaldırılan bu məsələlər mənim hökumətimin mövqeyinə uyğun deyil. Beləliklə, sanksiyalar və bu kimi məsələlər qətiyyən gündəlikdə deyil. Hazırda bu, aktual deyil, bununla bağlı hər hansı sual, müzakirə ola bilməz. Mənim nazirim bunu həm parlamentdə, həm də yazılı formada çox açıq şəkildə bildirib. Şadam ki, bunu burada yenidən təkrarlaya bilirəm.

Time TV

Leave a comment

Related Posts