Nov 24, 2020, 5:40 pm
5 Users Online

Putin istefaya hazırlaşır?

Rusiya Duması keçmiş prezidentlərin toxunulmazlığı haqqında qanun hazırlayır 

Rusiyada Vladimir Putinin vəzifədən gedəcəyi təqdirdə onu qoruyan qanun qəbul olunması prosesinə başlanılıb. Yəni, Rusiya Dövlət Duması keçmiş prezidentlərin toxunulmazlığı barədə qanun layihəsini müzakirəyə çıxarır. Rusiyada isə 1990-cı illərdən indiyə kimi cəmi 3 prezident olub. Bunlardan biri Boris Yeltsin vəfat edib. Dmitri Medvedev Putinin öz kadrı idi. Birdə Vladimir Putinin özü. Bu onu təsdiqləyir ki, Rusiya parlamentinin aşağı palatasının – Dumanın dəstəklədiyi  Rusiya prezidentlərinə və ailələrinə vəzifələrindən getdikdən sonra cinayət təqibindən immunitet verən qanun Putinə görə qəbul olunur.

Qeyd edək ki, hələ sentyabrda tanınmış rusiyalı politoloq Solovey Putinin 2021-ci ildə hakimiyyətdən gedəcəyini deyirdi. Qəbul edilmiş qanun bu fikrə inanmağa xeyli əsas verir.

Time TV

Leave a comment

Related Posts