Dec 5, 2020, 11:16 am
5 Users Online

ABŞ Rusiyanın Qarabağı ələ keçirməsindən narahatdır

ABŞ öz narahatçılığını Azərbaycan və Ermənistan rəhbərliyinə çatdırıb

Diplomatik qaynaqlardan əldə edilən bilgiyə görə, Amerika Birləşmiş Ştatları Rusiyanın 10 noyabrda Azərbaycan və Ermənistan rəhbərlərinin razılığı ilə Qarabağ prosesinə müdaxilə etməsindən, Qarabağın ermənilərin əlində qaldığı hissəsində hərbi baza yerləşdirməsindən narahatdır. Bu narahatlıq həm Azərbaycan, həm də Ermənistan rəhbərliyinin nəzərinə çatdırılıb. Bunu Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəisi Sergey Narışkinin bu gün verdiyi açıqlama da təsdiqləyib. Narışkin RİA Novosti-yə deyib: 

– NATO-nun aparıcı dövlətləri Rusiyanın fəal iştirakı ilə Dağlıq Qarabağda atəşkəs haqqında Azərbaycan və Ermənistan arasında əldə edilmiş Razılaşmadan qıcıqlandıqlarını gizlətməyə çalışırlar. ABŞ və müttəfiqləri müharibənin Moskvanın vasitəçiliyi ilə dayandırılmasından məyusdurlar. Çünki bu, faktiki olaraq, Rusiyanın Zaqafqaziyadan sıxışdırılması üzrə onların çoxillik işini “sıfırlaşdırıb. Nə Vaşinqton, nə də “vahid Avropa ” regionda yaranmış qüvvələr balansı ilə barışmaq istəmir. Onun “sökülməsi” məqsədilə onlar Azərbaycan və Ermənistan xalqları arasında yenidən ədavəti qızışdırmaq cəhdindən yaxşı heç nə düşünməyiblər”.

Time TV

Leave a comment

Related Posts