Nov 24, 2020, 6:07 pm
7 Users Online

Türk Ordusu 102 ildən sonra Bakıya dönür

Türkiyə Böyük Millət Məclisi Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib

Layihə Millət Məclisində bu gün keçirilən iclasında müzakirə olunub və qəbul edilib.

İclasa TBMM-in sədr müavini, Xalqların Demokratik Partiyasından (HDP) olan deputat Nemətulla Ərdoğmuş rəhbərlik edib.

Xatırladaq ki, Türkiyə Azərbaycana hərbi qüvvə göndərəcək. Ölkənin Prezident Administrasiyası bununla bağlı qanun layihəsi hazırlayıb.

Layihəyə əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyə göstərəcəklər.

 

Time TV

Leave a comment

Related Posts