Nov 24, 2020, 5:21 pm
4 Users Online

Ermənistanın XİN rəhbəri istefa verdi

Baş nazir Nikol Paşinyan Z.Mnatsakanyanın istefa ərizəsini qəbul edib

Bu gün Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan istefa verib. Öncə bu barədə xəbər sosial şəbəkədə yayılıb. Ardınca baş nazir Nikol Paşinyan deyib ki, XİN başçısının işdən azad edilməsinə səbəb 2018-ci ildən başlayaraq danışıqlar prosesinin faktiki olaraq torpaqların təhvil verilməsi istiqamətində getməsidir. O qeyd edib ki, danışıqlarda nəinki ətraf rayonların, hətta Şuşanın Azərbaycana qaytarılması məsələsi də müzakirə olunub.

Bununla belə, A.Naqdalyan baş nazirin iddiasını təkzib edərək danışıqlar prosesində Şuşadan imtinanın nəzərdə tutulmadığını vurğulayıb.

N.Paşinyan həmçinin hökumətin tərkibində başqa dəyişikliklər edəcəyini də bildirib.

Time TV

Leave a comment

Related Posts