Dec 5, 2020, 11:07 am
4 Users Online

14 iyul məhbusları ev dustaqlığına buraxıldı

AXCP funksionerləri Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Asif Yusifli ev dustaqlığına buraxılsa da, bəzi aktivistlərin adı siyahıda yoxdur 

Bü gün Səbail rayon məhkəməsində hakim Ağamalı Qafarovun sədrliyi ilə Qarabağ yürüşünə görə həbs olunan 36 nəfərdən 21-nin barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə Dövlət İttihamını müdafiə edən prokurorun vəsatətinə baxılıb. Vəsatət təmin olunub.
AXCP üzvləri
1.Fuad Qəhrəmanlı
2.Asif Yusifli
3.Məmməd İbrahim
4.Ayaz Məhərrəmov
5.Bəxtiyar Imanov
6. Baba Süleymanov
7.Ceyhun Novruzov
8.Ismayıl Həsənov
9.Müşviq Quliyev
10.Telman Seyfullayev
11.Məhəbbət Nağıyev
12. Seymur Əhmədov
Müsəlman Birliyi Hərəkatının üzvləri Kamil Mahmudov və Tural Vəliyev də ev dustaqlığına buraxılan arasında var. AXCP üzvləri Ramid Nağıyev, Gündüz Mirzəyev , Elnur Cabbarov, ADR üzvü Pərvin Çobanovun və NMR DİN-in keçmiş nazir müavini Siyavuş Mustafayevin adları ev dustaqlığına buraxılanlar arasında yoxdur. Ev dustaqlığına buraxılan digər məhbuslar isə
1.Şəmsi Rəhimli
2.Elçin Mehdiyev
3.Fariz Məmmədov
4.Emin Hüseynzadə
5.Ariz Səfərli
6.Ceyhun Məmmədov
7.Vüsal Quliyevdir.

Time TV

 

Leave a comment

Related Posts