Nov 24, 2020, 6:34 pm
7 Users Online

Səfirlər özbaşına açıqlama verməkdən çəkinməlidirlər

🇦🇿 Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevdən Rusiyadakı səfir Polad Bülbüloğluna cavab gəldi

Prezidentin köməkçisi deyib: “Məsələnin mahiyyətinə varmadan Azərbaycanın Rusiyadakı səfirinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı söylədikləri qəbuledilməzdir.

Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərləri və digər rəsmi şəxsləri ölkənin rəsmi mövqeyinə və Prezident İlham Əliyevin yürütdüyü siyasətə zidd olan özbaşına açıqlamaların verilməsindən çəkinməlidirlər”.

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Qarabağda qalan ermənilərə mədəni muxtariyyət veriləcəyilə bağlı Rusiya mediasına açıqlama vermişdi. 

Time TV

Leave a comment

Related Posts