Nov 24, 2020, 6:06 pm
6 Users Online

Polad Bülbüloğlu erməniləri əmin etdi

“Türkiyə sülhməramlı qüvvələri Qarabağda olmayacaq” deyən səfir ermənilərə mədəni muxtariyyat da vəd edib

“Türkiyə Rusiya ilə ortaq mərkəz çərçivəsində Dağlıq Qarabağdakı atəşkəs rejimi üzərində texniki nəzarətdə iştirak edəcək, bölgədə türk sülhməramlıları olmayacaq”. Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu RBK telekanalına müsahibəsində deyib.

P.Bülbüloğlu bildirib: “Söhbət türk sülhməramlılarının, əsgərlərinin gətirilməsindən getmir. Söhbət tərəflərin bəyanatın icrasına texniki nəzarətdən gedir”.

Onun sözlərinə görə, Qarabağda türk kontingentinin olmasına ehtiyac yoxdur.

Eyni zamanda Azərbaycanın Rusiyadakı səfiri bildirib ki, Dağlıq Qarabağda yaşayacaq ermənilərə yalnızca mədəni muxtariyyət verilə bilər.”
Qeyd edək ki, mədəni muxtariyyət – hər hansı dövlətin azlıqda olan etnik birliyinə yalnızca dil, təhsil və mədəniyyət sahəsinə aid məsələlərin həllində verilən müstəqillik deməkdir. Ən maraqlı odur ki, Polad Bülbüloğluna bu açıqlamaları verməyə, hətta ermənilərə mədəni muxtariyyat vəd etməyə kim səlahiyyət verib? Adi bir səfirin bu cür məsuliyyətli qərar vermək səlahiyyəti hardandır? Bəlkə Polad Bülbüloğlunun ermənilərlə gizli işbirliyi var? 

Time TV

Leave a comment

Related Posts