Nov 24, 2020, 6:12 pm
5 Users Online

Putinin Qarabağdakı “qubernatoru” dağıstanlıdır

Çinarda doğulmuş generalın əsas qərargahı Çinarlı yaxınlığında qurulacaq

Rusiya sülh məramlılarına rəhbərlik edəcək generalın adı açıqlanıb. Bu general Rüstəm Usmanoviç Muradovdur.
Qeyd edək ki, o, 1973-cü ildə Dağıstanın Dərbənd rayonunda, Çinar kəndində anadan olub. Milliyyətcə tabasaran (bəzi mənbələrə görə azərbaycanlı) mənşəlidir. 2018-ci ildən Rusiyanın Cənub Hərbi dairəsinin komandan müavinidir. Rusiyanın Milli Qəhrəmanıdır.
Məlumat üçün onu da bildirək ki, İlham Əliyev işğaldan azad olunmuş Vəng kəndinin adını dəyişib Çinarlı qoymuşdu. Bu onu düşünməyə əsas verir ki, hər şey əvvəldən planlaşdırılıbmış. Hətta Dağıstanın Çinar kəndində doğulan general da sülh məramlılara rəhbər seçilibmiş.

Time TV

.

Leave a comment

Related Posts