Dec 5, 2020, 12:03 pm
8 Users Online

Vyanada terror davam edir

Ölkə rəhbərliyi sakinləri bu gün evlərini tərk etməməyə çağırıb 

Avstriya Daxili İşlər Naziri Karl Nehammer Vyanada terror hücumunun davam etdiyini söyləyərək şəhər sakinlərini bu gün evlərini tərk etməməyə çağırdı. O, çıxışında “Hələ də davam edən bir terror hücumu ilə məşğuluq” dedi.
Ondan başqa digər səlahiyyətlilər də vətəndaşları binaları tərk etməməyə səsləyiblər.
Nazir bildirib ki, “Biz terrorçularla mübarizəni davam etdiririk. İndi bir neçə cinayətkarın olduğu, yaxşı silahlanmış və təhlükəli olduqları ehtimalından çıxış edirik”.

Nazir əməliyyat davam etdiyi üçün adlar çəkə bilməyəcəyini vurğuladı.

Qeyd edək ki, bazar ertəsi axşam saatlarında Avstriya mətbuatı Vyananın mərkəzindəki bir sinaqoqa hücum olduğunu bildirdi. OE24 telekanalının verdiyi məlumata görə, sinaqoq yaxınlığındakı küçədə təxminən 50 dəfə atəş açıldı. Polisin bildirdiyinə görə, bir nəfər ölüb, bir neçə nəfər ağır yaralanıb, aralarında bir polis də var, təcavüzkar isə zərərsizləşdirilib.
Vyana Bələdiyyə başçısı yeddisi ağır olmaqla, ən azı 15 nəfərin yaralandığını təsdiqlədi. Sinaqoqun yaxınlığındakı mərkəzi Graben meydanında dörd terrorçu nəzarətə alınıb. Ehtimala əsasən cəmi yeddi cinayətkar ola bilər.
Daxili İşlər Naziri Karl Nehammer bunun açıq bir terror hücumu olduğunu söyləsə də, digər rəsmilər xüsusiyyətlərə bir terror hücumu və ya bir qırğın olub olmadığına hələ qərar verməyiblər.

Vyanada fövqəladə vəziyyət davam edir.

 

Time TV

Leave a comment

Related Posts