Əl və ayaq barmaqlarda yaralar əmələ gəlir və bu, 150 gün davam edə bilər
İkinci dalğası başlayan koronavirusun daha bir xüsusiyyəti aşkarlanıb.
RİA Novosti bildirir ki, həkimlər koronavirusun atipik bir təzahürünün fotolarını yayıblar. Foto şəkillərdə açıq görünür ki, virusa yoluxmuş xəstələrin əl və ayaq barmaqlarında qırmızı və bənövşəyi qabarıqlıqlar, yaralar əmələ gəlir.
Qeyd olunur ki, pandemiya başlamazdan əvvəl, ayaqlarda və qollarda yaranan bu cür qabarıqlıqlar sanki donma nəticəsində əmələ gəlib. Lakin koronavirus infeksiyasına yoluxanların sayının artması və yayda da xəstələrdə bu əlamətlərin görünməsi həkimləri təşvişə salıb.
Tədqiqatçılar əl və ayaq barmaqlarında bu cür yaralar olan 12 min xəstə müəyyənləşdiriblər. Həkimlər onlardan infeksiyanın dəri təzahürlərinin fotolarını çəkib onlara verilməsini xahiş etdilər.
Xəstələr qırmızı və bənövşəyi qabarıqlıqların ümumiyyətlə, qaşınmadığını qeyd etdilər. Sağaldıqca yara olan yerdə dərinin üst qatları soyulur.
Həkimlər dərinin bu cür iltihabı ilə koronavirus arasındakı əlaqənin “kovid yaraları” olan uşaqların dəri biopsiyası sayəsində ortaya çıxdığını bildiriblər. Koronavirus testlərinin nəticəsi mənfi çıxmasına baxmayaraq, virus bezlərində olduğu kimi, endotelial hüceyrələr də aşkar edilib.
Beynəlxalq Dermatoloji Cəmiyyətləri Liqası və Amerika Dermatoloji Akademiyası kovid yaralarının xəstələrdə 15 gün davam edə biləcəyini, ancaq bəzən 130-150 günə sürəcəyini söyləyiblər.
Time TV