Dec 5, 2020, 12:29 pm
3 Users Online

Müharibəni Ermənistan dayandırmalıdır

İlham Əliyev: “Biz ölkəmizi azad edirik”

Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın ARD kanalına müharibə ilə bağlı müsahibə verib. Bu, Əliyevin digər müsahibələrindən fərqlənir. Onun tərcüməsini təqdim edirik

Müsahibənin girişində qeyd olunur: Dağlıq Qarabağ ətrafındakı müharibəyə görə prezident Əliyev Ermənistanı cavabdeh sayır. O, kasetli bombalardan istifadəni təkzib edir. Ölkəsində müxalifətçilərin siyasi səbəbdən həbs olunmalarını təkzib etdiyi kimi.

ARD: Sizin qoşunlar Dağlıq Qarabağın cənubundakı, ancaq həm də şimaldakı əraziləri fəth edib. Müharibə nə qədər davam edəcək?

ƏLİYEV: Bu Ermənistandan asılıdır. Mən bunu həmişə demişəm: biz müharibəni bu gün dayandıra bilərik. Bizim atəşkəs haqda üç dəfə razılığa gəlməmiz faktı onu göstərir ki, biz hərbi qarşıdurmanı dayandırmaq və bu mövzunu danışıqlar masasında həll etməkdə istəkliyik. Ancaq Ermənistan atəşkəsi üç dəfə kobudca pozdu.

ARD: Eyni şeyi ermənilər də iddia edir və deyirlər ki, onlar (Azərbaycan) kasetli silahlardan istifadə edirlər. Həmçinin Amnesty İnternational və Human Rights Watch-ın da sübutları var ki, sizin ordu Dağlıq Qarabağda kasetli bombalar tətbiq edir. Bu silahlardan niyə istifadə edirsiniz?

ƏLİYEV: Biz bu cür silahlardan istifadə etmirik. Biz Amnesty və Human Rights Watch təşkilatlarını Azərbaycana dəvət etdik. Təəssüf ki, onlar açıq şəkildə Ermənistan tərəfindən çalışırlar. Onlar bizdən soruşmayıblar ki, Azərbaycana gələ bilərlər, ya yox. Buna görə də biz onların tərəfsizliyinə şübhə ilə yanaşırıq.

ARD: İnsan haqları fəalları mənə dedilər ki, onlar gəlmək istəyiblər. Deyilənə görə, onlar bir neçə dəfə müraciət ediblər, ancaq qəbul olunmayıb.

ƏLİYEV: Xeyr, xeyr. Bu belə deyil. Çünki biz bunu dünən etdik. Biz soruşduq ki, onlar niyə gəlmirlər.

ARD: Mən Human Rights Watch-in araşdırmaları ilə tanış olmuşam və sübutlar çox maraqlıdır. Fəalların əlində tətbiq olunan silahların fotoları və həmçinin adları var. Onlar deyir ki, bunlar İsraildən olan LAR-160- kasetli bombadır. Siz bunu həqiqətən təkzib etmək istəyirsiz?

ƏLİYEV: Təbii ki. Heç bir sübut yoxdur. Mən istərdim onlar buraya gəlib, Gəncə və Tərtərə gedib görsünlər ki, ermənilər hansı silahlardan istifadə edir.

ARD: Siz kasetli bombalarla bağlı BMT konvensiyasına qol çəkməmisiz. Bu sizin üçün niyə problem olmalıdı? Siz onsuz da kasetli bombalardan istifadə edə bilərsiniz.

ƏLİYEV: Ermənistan buna imza atıb ki?

ARD: Biz hazırda Ermənistan yox, Azərbaycan haqda danışırıq.

ƏLİYEV: Biz konflikt haqda danışırıq. Konvensiyanı imzalayıb, ya imzalamamağımız o demək deyil ki, biz bu silahlardan da istifadə edirik. Bizim kifayət qədər sursatımız, müasir silahlarımız var və biz bunları döyüş meydanında göstəririk.

ARD: Elə, mövzunun üstünə gəldik: Bu sizin hədəf deyil ki, yeddi rayonu geri alıb, sonra Dağlıq Qarabağın muxtar zona olmasıyla bağlı danışıqlara başlayasız?

ƏLİYEV: Biz adi prinsiplərlə bağlı öhdəliyik götürmüşük. Yeddi rayon bizə geri qaytarılmalıdır. Qarabağdan qovulan 40.000 azərbaycanlı isə ora geri qayıda bilməlidirlər. Plan bu cür həyata keçirilməlidir.

ARD: Bəs Azərbaycanın təsir dairəsindən kənar Dağlıq Qarabağ?

ƏLİYEV: Bu indiyə kimi olan danışıqların bir hissəsi idi. Ancaq, bununla bağlı razılığa gəlinməmişdi.

ARD: Ancaq siz razı olardız?

ƏLİYEV: Biz bunu indi müzakirə etməliyik. Çünki, yeni situasiya yaranıb.

ARD: Muxtar zonada hansı təsir imkanlarına malik olmaq istərdiniz?

ƏLİYEV: Öncə onu deyim ki, biz indiyə kimi muxtar zona ilə bağlı razılaşmamışıq. Bu haqda razılaşma olmayıb. Biz bunu təklif edəndə, ermənilər rədd etdilər. Onlar bizim qəbul etmədiyimiz məsələlərlə bağlı müstəqil qərar vermək istəyirdilər. İndi vəziyyət kökündən dəyişib. Biz əvvəllər tez-tez eşitməli olurduq ki, hansısa situasiya var və biz bunu nəzərə almalıymışıq. Olsun, qəbul edirəm. İndi biz vəziyyəti dəyişdik. İndi onlar nəzərə almalıdır ki, bizim 27 ildir etdiyimiz təkliflərin artıq heç bir mənası qalmayıb.

ARD: Hər şeyə rəğmən oradakı insanlar sizin hərbi fəaliyyətinizi etnik təmizləmə kimi qəbul edirlər.

ƏLİYEV: Xeyir, bu tamamilə yalandır. Əksinə, biz etnik təmizləmə obyekti olmuşuq. Yeddi rayon və Qarabağın bir hissəsi olan Şuşa işğal olunanda, 750.000 azərbaycanlı ordan qovuldu və beləliklə onların etnik təmizlənməsi həyata keçirildi.

ARD: Ancaq ötən həftələrdə orada mülki əhali öldürülüb.

ƏLİYEV: Azərbaycandakı mülkilər də öldürülür.

ARD: Ancaq qarşı tərəfdə də həmçinin.

ƏLİYEV: Çünki, bu bir müharibədir. Döyüş bölgəsində çox uzaqda 69 mülki şəxs öldürülüb. Gəncə şəhərində 300 nəfər ermənilər tərəfindən yaralanıb. Bu müharibədir. Təəssüf ki, belə şeylər olur.

ARD: Necə ola bilər ki, Dağlıq Qarabağda bir kilsə vurulur?

ƏLİYEV: Dəfələrlə dediyim kimi, bu ola bilsin ki, bizim artelleriyanın səhvi olub, ya da mümkündür bunu ermənilər özləri edib.

ARD: Xristianlar öz kilsələrin atəş açırlar?

ƏLİYEV: Bu kiçik bir xətər idi. Kilsə dağıdılmamışdı. Şəkilləri görmüsünüz? Kiçik bir xətər. Bu uzağı iki həftəyə təmir oluna bilər. Buna görə də biz şübhələnirik ki, onlar bunu özləri edib ki, bizi günahlandırısınlar.

ARD: Bəzi insan haqları ekspertləri və müdafiəçilərinin fikrincə, siz müharibəni ona görə başlamısız ki, xalqın dəstəyini qazanasınız, demokratiya və insan haqları ilə bağlı problemlərdən isə diqqəti yayındırasınız.

ƏLİYEV: Diqqəti yayındırmaq üçün səbəb yoxdur. Bizim siyasi sistem işləkdir.

ARD: Azərbaycanda çox sayda müxalifətçi həbsdə deyil?

ƏLİYEV: Yox, yox, yox. Onlar cinayət törətdiklərinə görə həbsxanadadılar. Kimsə siyasi səbəbdən, yaxud müxalifətçi olduğu üçün deyil.

ARD: Hansı növ cinayəti nəzərdə tutursunuz? Şəxsi fikrin ifadə edilməsini?

ƏLİYEV: Xeyr, başqa cinayət. Dəqiq bilmirəm hansılar, ancaq bildiyimiz cinayətlər. Başqa səbəb yoxdur. İkincisi, biz pandemiya dövründə ən yaxşı iqtisadi göstəricilərə malikik.

ARD: Azərbaycanı demokratiyaya nümunə kimi göstərərdiz?

ƏLİYEV: Xeyr, bu biz deyilik və özümüzü də bu cür göstərməyə çalışımırıq. Ancaq buna iddia edən elə ölkələr var ki, orda nümayişçiləri öldürürlər.

ARD: Əgər üçüncü ölkə müharibəyə qarışarsa, Türkiyənin köməyini gözləyirsiz?

ƏLİYEV: Üçüncü bir ölkənin müdaxiləsini gözləmirik. Biz onu da bilmirik ki, hansı ölkə müdaxilə etmiş ola bilər. Çünki ətrafımızdakı ölkələr bizim tərəfdaş və dostlarımızı. Biz bilirik ki, Ermənistan onlardan birini konfliktə çəkmək istəyir. Ancaq mən əminəm ki, bu baş verməyəcək. Bu müharibə bizimlə Ermənistan arasındadır. Digərləri hamısı özlərini kənar tutmalıdır.

ARD: F-16 döyüş təyyarələrinin burda olmasına görəmi özünüzü əmin hiss edirsiz?

ƏLİYEV: Türkiyə F-16-ları burada hərbi təlimlərə görə burdadılar və Ermənistanla müharibə başladığına görə qalıblar. Onlar müharibədə iştirak etmir və belə planımız da yoxdur.

ARD: Atəşkəs üç dəfə pozulub. Bunlardan biri Fransa, biri Rusiya və biri də ABŞ tərəfindən razılığa gəlinmişdir. Başqa hansı beynəlxalq güc bu müharibəni dayandıra bilər?

ƏLİYEV: Məncə müharibəni Ermənistan dayandırmalıdır. Adlarını çəkdiyiniz, beynəlxalq güc olan bu üç ölkə Minsk qrupunun üzvləridir. Onlar dünyanı idarə edirlər, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərilər. Bu ölkələr Ermənistan silahlılarının geri çəkilməsini tələb edən dörd qətnamə qəbul ediblər. Ancaq bu ölkələr qətnamələrin yerinə yetirilməsi üçün heç nə etməyiblər. Qətnamələr aydın və güvənilir idi. Bu onu göstərir ki, bu vasitəçilik heç nə qazandırmadı. Digər tərəfdən biz, bunlardan daha sözükeçən ölkələr təsəvvür etmirik. Ancaq Ermənistan bu müharibəni dayandıra bilər. Öz məğlubiyyətini və bizim qələbəmizi qəbul etməklə. Bundan sonra isə ərazilərin bir hissəsinin boşaldılmasını təsdiq etməlidi. Biz onsuz da bu əraziləri azad edəcəyik. Ermənilər inanmırdı ki, biz onları geri oturdacağıq. Biz demişdik, indi də ölkəmizi azad edirik.

Müsahibənin orijinalının linkihttps://www.tagesschau.de/ausland/aserbaidschan-aliyev-101.html?fbclid=IwAR19s2QmKGbZ0a5PIzIbv96HdvJu1G3TUV82pvLxBxNdD3IghSSK91hlvX8

Time TV

Leave a comment

Related Posts