Dec 5, 2020, 11:20 am
4 Users Online

Latviyadakı azərbaycanlıların Qarabağ biabırçılığı

Onlar ermənilərə “qardaş” deyib Azərbaycana arxa çevirirlər

Ermənistanın Azərbaycana qarşı aqressiyası davam etdiyi bir vaxtda gözlənilir ki, xaricdəki azərbaycanlılar öz tarixi vətənlərini müdafiə etsinlər. Xüsusilə də xaricdə tanınmışlar. Amma təəsüüf ki, çox vax elə olmur. Azərbaycanlıların çoxu yaşadıqları ölkədə medianı görən kimi elə bilirlər dərhal avropalılar üçün sülh göyərçininə çevrilmək lazımdı. Bu adamlar birdəfəlik anlaya bilmirlər ki, bütün xalqlar qan töküb, yurd müdafiə edib vətən qurublar. Təəsüüf ki, xaricdəki həmvətənlərimiz bir çoxu belə deyil. Çalışırlar erməniyə xoş görsənsinlər. Ölkənin torpağının işğalı, insanlarımızın öldürülməsi onların vecinə deyil. Onlar ad olaraq azərbaycanlıdırlar, real olaraq nədirlər məlum deyil. Və bu günlərdə Latviyanın məşhur delfi.lv informasiya portalında dərc edilən məqaləni oxuyanda xəcalət çəkdim. Məqalədə belə təqdim olunur ki, ermənilər Latviyada vətənləri üçün çalışan fəallardı. Azərbaycanlılar isə.. Yaxşısı budur özünüz buyurub oxuyun. Ermənilərin Latviyada Azərbaycana qarşı aksiyalarının linkini də şərhdə yerləşdirəcəm. Görün ermənilər Latviyadakı Azərbaycan səfirliyini necə təhqir edirlər. Hardaydı o zaman Latviyadakı azərbaycanlı sülh göyərçinləri?

Beləliklə, Latviyada yaşayan Zaur Cavadov – kinq boks üzrə 3 qat Avropa və 1 dəfə dünya çempionu Latviya mediasına danışır:

—- Mən və çoxsaylı erməni, azərbaycanlı dostlarım bu aqressiyaya qarşıyıq. Çünki bu, mənasızdır. Mənim bəzi yaxın qohumlarım əsgərlik yaşlarındadır. Onlardan birini bu günlərdə Azərbaycanda müharibəyə çağırmışdılar. O, yaralandı. Dayım, xalam onun yanına gedəndə xəstəxanada dəhşətli mənzərə görüblər… Bir parça torpağa görə 30 ildi bu cəhənnəm yaşanır, insanlar bir-birlərini öldürürlər. Bu kimə lazımdır? Fikirləşirəm ki, bu dövlətin başında oturanların təbliğatıdır. Mənim çoxlu erməni dostlarım var. Bu müharibə xalqın yox, hakimiyyətlərin, prezidentlərin müharibəsidir.

Zaurun dostu Manvelin valideynləri 1986-cı ildə İrəvandan Latviyaya köçüblər. Manvel Latviya vətəndaşı deyil. O, idmançıdır. Onun komandasında 4 azərbaycanlı və iki türk yarışlarda iştirak edir.
Manvel İsacanyan:

— Azərbaycanlılar bizim döyüş ailəmizin bir üzvüdür. Biz burda qardaşıq. Mən hazırda azərbaycanlı dostumu qonaq gözləyirəm. O deyib pleysteyşində oynayacağıq. Biz burda azərbaycanlılarla dostuq.
Digər azərbaycanlı Elmar Məhərrəmov isə Latviyada anadan olub. Rəssamdır. Bir sıra tarixi binaların dekorasiyasının bərpasında iştirak edib. Ana-atası sovet dövrü Moskvada tanış olub, sonra Riqaya köçüblər. O, deyir: Mən müharibə istəmirəm və siyasi oyunlara alət olmaq fikrindən uzağam.

Diqqətinizə onu da çatdırım ki, 29 sentyabrda Latviyadakı ermənilər (Deyirlər ki, əsas təşkilatçılarından biri də Manvel olub) Riqada Azərbaycan səfirliyinin qarşısında aksiya təşkil etmişdilər. Səfirliyin önündə isə bu sülh göyərçinlərinlərdən heç kəs olmayıb. Yaxşı ki, vətənpərvər azərbaycanlılar 2 oktyabrda Riqada Azadlıq heykəli önündə Qarabağla bağlı aksiya təşkil etdilər. Yoxsa lap biabırçılıq olardı…

https://rus.delfi.lv/delfi-plus/istorija-dnja/temnenkij-znachit-drug-kak-armyane-i-azerbajdzhancy-latvii-perezhivayut-konflikt-v-karabahe.d?id=52580681

https://www.trend.az/azerbaijan/politics/3309790.html

https://m.lv.sputniknews.ru/photo/20200929/14436378/Aktsiya-protesta-Armyanskoy-diaspory-Rigi-protiv-voyny.html?mobile_return=no 

İnformasiya şöbəsi

Leave a comment

Related Posts