Nov 24, 2020, 6:26 pm
8 Users Online

Paşinyan erməniləri Azərbaycana qarşı müharibəyə çağırdı

Lavrov-Bayramov görüşü nəticəsiz qaldı 

Azərbaycanın Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Moskvada görüşü başa çatıb. Rusiya XİN-in verdiyi məlumata görə, görüşdə oktyabrın 10-da atəşkəslə bağlı razılaşmanın üzərində işlənilməsi müzakirə olunub.

Bu görüş gedən ərəfədə isə Ermənistanın baş naziri Nikol Paşinyan facebool səhifəsindən canlı yayım edərək bütün dünya ermənilərini düşmənə – Azərbaycana qarşı müharibəyə səsləyib:

“Biz aydın şəkildə başa düşməliyik ki, Qarabağ məsələsinin bu mərhələdən başlayaraq diplomatik həll yolu yoxdur”.
Bundan başqa, Ermənistan Baş naziri Nikol Paşinyan bütün merlərə, icma və yerli özünüidarə orqanlarının rəhbərlərinə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin ümumi rəhbərliyi altında özünümüdafiə dəstələrinin yaradılması tələbi ilə müraciət edib. O, bütün erməniləri silaha sarılmağa və “axıra qədər döyüşməyə çağırıb. 

Bu da o deməkdir ki, Lavrovla görüş nəticəsiz oldu.

İnformasiya şöbəsi

Leave a comment

Related Posts