Oct 31, 2020, 7:11 am
7 Users Online

Vəkilə qarşı repressiyalar davam edir

Vəkillər Kollegiyası daha bir qanunsuzluğa əl ataraq vəkil Elçin Sadıqova töhmət verib və onu fərdi vəkillikdən mərhum edib

Vəkil Elçin Sadıqov artıq fərdi vəkil kimi fəaliyyət göstərə bilməyəcək. Vəkillər Kollegiyasının Rəyasət Heyəti E.Sadıqovun fərdi vəkil kimi fəaliyyətini dayandıraraq, onu 14 saylı vəkil bürosuna təyin edib. E.Sadıqova həmçinin töhmət verilib. Bu barədə vəkil özü məlumat verib və baş verənləri repressiya kimi qiymətləndirib.

“Vəkillər Kollegiyasının Rəyasət Heyəti mənə qarşı repressiya həyata keçirir. Mənim fərdi fəaliyyətimi ləğv edərək, qeyri-iş günlərində həbs edilən siyasi məhbusların müdafiəsindən çəkindirmək üçün fərdi fəaliyyətimi dayandırır”, – deyə E.Sadıqov bildirib.

Time TV

Leave a comment

Related Posts