Oct 31, 2020, 7:06 am
4 Users Online

Elmira Axundovanın Azərbaycana qarşı sabotajı

Səfir Saakaşvili ilə görüşərək Azərbaycan Gürcüstan arasında narazılıq yaradıb 

Elmira Axundovanın oğlu Gürcüstanda maşın oğurluğuna görə, beynəlxalq axtarışda olub və istintaqa cəlb edilib

Azərbaycan Ermənistanla müharibədədir. Ermənistan Rusiyanın dəstəyilə Azərbaycanla Gürcüstanı birləşdirən dəhlizdə müharibə vəziyyəti yaratmağa cəhd göstərir. Rusiya Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən ortaq nəqliyyat və enerji dəhlizini kəsmək istəyir. Bunu bacarmasa belə, yüksəkliklər tutub həmin ərazini nəzarətinə almağa çalışır. Azərbaycan hakimiyyəti, müxalifəti, sadə insanlar belə vəziyyətin ciddiliyini başa düşür. Anlayır ki, Tovuz və Qazaxda atəşkəsin pozulması, o ərazidə müharibənin alovlanması Gürcüstan vasitəsilə Türkiyə və Qərbə yeganə quru yolu olan ərazilərin işğalı deməkdir.

SAAKAŞVİLİ İLƏ TƏXRİBATÇI GÖRÜŞ

Və belə bir məqamda hazırda Ukraynada ictimai vəzifə tutan keçmiş Gürcüstan lideri Saakaşvilinin qəbulunda Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova görünür. Gürcüstan hökuməti haqqında cinayət işi açdığı, hətta ona görə Ukrayna ilə diplomatik əlaqələrini ən aşağı səviyyə saldığı halda, Azərbaycan səfirinin bu görüşündən sonra Azərbaycana qarşı hansı addımları atmaz? 

Bir zamanlar Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Mədət Quliyevin Ukraynadakı adamları vasitəsilə Saakaşviliyə dəstək verdiyi Gürcüstan hökumətinə məlumdur. İndi isə Elmira Axundova vəziyyəti daha da qəlizləşdirməyə çalışır. Bizdə olan məlumatlara görə, onun Saakaşvili ilə görüşünə özü təşəbbüs göstərib. Həmin görüşdən sonra isə Gürcüstan hökumətində Azərbaycana qarşı münasibət dəyişib. Çünki məhz Axundova ilə görüşdən sonra Saakaşvili bildirib ki, 31 oktyabrda Gürcüstanda keçiriləcək parlament seçkilərində iştirak etmək də maraqlıdır.

Gürcüstandakı qeyri-hökumət təşkilatlarından aldığımız məlumata görə, Gürcüstan hakimiyyəti bu düşüncədədir ki, Saakaşvili və tərəfdarlarına Azərbaycan hakimiyyəti dəstək verir. Buna görə də indi Gürcüstan hakimiyyəti Ermənistanla daha yaxın qonşuluq münasibəti saxlayır.

AXUNDOVANIN RUSİYA DOSYESİ 

İki qonşu ölkə arasında belə bir vəziyyəti yaratmaq bəs kimə sərf edir? Təbii ki, Rusiyaya. Rusiyaya Azərbaycanla Gürcüstanın səmimi münasibətləri maraqlı deyil. Bəllidir ki, Elmira Axundova Rusiya təhlükəsizlik orqanlarının təsirində olan İTAR-TASS-da jurnalist kimi fəaliyyət göstərib. Moskvada doğulan Axundovanın Rusiyanın təhlükəsizlik orqanlarıyla dəfələrlə yaxın təması olduğu faktdır. Bu səbəbdən də ilk ehtimal odur ki, Axundovaya bu tapşırıq Rusiyadan gəlib və o, faktiki olaraq səfiri olduğu, çörəyini yediyi ölkəni sabotaj edib. Azərbaycanın səfirlərinin xarici xüsusi xidmət orqanlarının təsirində olduğunu Azərbaycan Prezidenti İlham Əliyev özü deyib https://qafqazinfo.az/news/detail/prezidentin-diplomatlarla-bagli-son-cixisi-dovlete-xeyanet-ve-satqinliq-edibler-295492 

İlham Əliyev bu çıxışı edən zaman Elmira Axundova artıq neçə ay idi ki, Ukraynada səfir idi. Onun Diaspora Komitəsinin sədri Fuad Muradovun vasitəsilə bir milyon dollar verib səfir təyin edildiyini bir çox media yazıb, hətta Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. Bu üzdən düşünmək mümkündür ki, İlham Əliyevin dediyi səfirlərin içində Elmira Axundova var.

HƏBİB AXUNDOVU GÜRCÜSTANDA NİYƏ TUTUBLAR? 

Eyni zamanda Gürcüstandakı qeyri-hökumət təşkilatlarından aldığımız məlumata görə, bir müddət əvvəl Gürcüstanda Avropadan avtomobilləri müvəqqəti kirayə adı ilə şirkətlərdən icarəyə götürüb sonra gətirib Gürcüstanda satan bir cinayətkar qrup yaxalanıb. Almaniyada bu iş üzrə 2018-ci ildə 11 nəfərdən çox şəxs həbs edilib. Cinayət işinin araşdırılması zamanı isti izlərlə Gürcüstandakı dəstə üzvlərinin izinə düşüblər. Və araşdırmaların bir ucu da gedib çıxıb Elmira Axundovanın oğlu Həbib Axundova. Həbib Axundovu Gürcüstan polisi beynəlxalq axtarışa verib. Nəhayətində Həbib Axundova Gürcüstanda həbs ediblər. O isə ifadəsində bildirib ki, maşın oğrularını avtomobil ticarətçisi hesab edib və ona görə onlardan maşın alıb. Axundovanın davamlı çalışmalarından, Azərbaycan səfirliyi və Xarici İşlər Nazirliyinin işə qarışmasından sonra Həbib Axundovu xilas etmək olub. Amma cinayət işi hələ də araşdırılır. Eyni zamanda Almaniyada həbsdə olan azərbaycanlılarla bağlı işdə də onun adı keçir. Yəni, məsələ hələ yekunlaşmayıb və istənilən an Həbib Axundov istintaqa cəlb edilə bilər. 

Bu səbəbdən düşünülür ki, Elmira Axundovanın Saakaşvili ilə görüşü həm də Gürcüstana qarşı şəxsi qəzəbinə görə də ola bilər. Amma o, unutmamalıdır ki, o, Ukraynada Azərbaycanın səfiri vəzifəsini daşıyır. İndi atdığı addımlar isə faktiki olaraq Azərbaycanla Gürcüstan arasında problem yaratmağa hesablanıb.

Onu da qeyd edək ki, Gürcüstan təkcə Azərbaycana qonşu deyil, GUAM – Gürcüstan, Ukrayna, Azərbaycan, Moldaviyanın birgə yaratdığı təşkilatda tərəfdaşdır. Növbəti il GUAM-ın sədrliyi Gürcüstana keçəcək. Bu bir il ərzində Elmira Axundova həm də o təşkilatda nümayəndə olaraq Gürcüstan heyətini necə inandıracaq ki, bu sabotaj yox, onun təsadüfi görüşü olub? Həmçinin Şərq Tərəfdaşlıq Proqramında da Azərbaycan və Gürcüstan birlikdədirlər. Bütün bunlar isə onu göstərir ki, ya Elmira Axundova həqiqətən Kremldən tapşırıq alır, ya da onun siyasətdən və diplomatiyadan ümumiyyətlə xəbəri yoxdur. Siyasət və diplomatiyadan xəbəri olmayanın Azərbaycanın Ukraynadakı səfiri postunda nə işi olduğunu isə Azərbaycan hökumətindən soruşmaq lazımdı. 

Time TV

 

Leave a comment

Related Posts