Oct 31, 2020, 6:49 am
4 Users Online

Azərbaycan polisi dələduzu himayə edir?

Nazirlik guya axtardığı şəxslə daimi əlaqədədir

Time TV-yə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə bağlı maraqlı material daxil olub. 

Belə ki, ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin beynəlxalq axtarışda olduğu məlumdur. Bunu nazirliyin Baş Cinayət Axtarışı İdarəsinin Rzayev Fuad Firudin oğluna göndərdikləri 31 iyul 2020-ci il tarixli məktub da təsdiq edir.

İdarə tərəfindən qeyd olunur ki, Abdullayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsilə beynəlxalq axtarışa verilib. Yəni, Azərbaycan DİN-i onun yerini bilmir və tapan kimi İnterpol vasitəsilə həbs edəcək.
TİME TV-yə göndərilmiş digər məktubda isə DİN Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdatəsinin rəisinin vəzifəsini müvəqqəti icra edən Ceyhun Şabanov Elşad Abdullayevə DİN-ə ünvanladığı hansısı müraciət və verdiyi məlumatla bağlı yazır ki, DİN işi onların idarəsinə göndərib.

Onlar da müraciətdə dolğun və ətraflı məlumatlar tapmadıqlatından işi baxılmamış işlərə aid ediblər.
Bu halda aydın görünür ki, DİN beynəlxalq axtarışda olan şəxslə əlaqədədir. Yerini bildikləri halda onu niyə aidiyyatı ölkənin polisi vasitəsilə ən azı istintaqa cəlb etməyə çalışmırlar? Nəticədə aydın olur ki, ya DİN manupuliyasiya ilə məşğuldur, ya da DİN-də Abdullayevin himayəçiləri var.
Hər halda DİN-dən açıqlama olacağına inanırıq.

Time TV

Leave a comment

Related Posts