Oct 31, 2020, 7:56 am
5 Users Online

Diaspora Komitəsində fövqəladə toplantı

Prezident Administrasiyasından Fuad Muradova özünü düzəltmək üçün vaxt qoyublar 

Dünən Diaspora Komitəsinin sədri Fuad Muradovun iştirakı ilə xaricdəki koordinasiya şuraları ilə təcili toplantısı keçirilib. Zoom vasitəsilə keçirilən toplantıda Fuad Muradov son zamanlar diaspora ətrafında yaranmış gərgin vəziyyəti müzakirə edib.

Belə ki, Diaspora Komitəsi koordinasiya şuraları yaradarkən quruma cəlb olunanlarla bağlı elə də araşdırma aparmayıb. İndi isə məlum olub ki, müxtəlif ölkələrdə yaranmış koordinasiya şuralarının üzv və rəhbərlərindən bəziləri əslində cinayətə meyilli şəxslər imiş. Bu barədə toplantıda iştirak edən şəxslərdən birinin TİME TV-yə verdiyi məlumata görə, bu günlərdə Macarıstandakı şura rəhbərlərindən biri cinayət məsuliyyətinə cəlb edilib. Həmin şəxs cinayət əməlində şübhəli bilinir. Eyni zamanda məsələn, komitənin diaspora fəalı kimi təqdim etdiyi Arzu adında xanımın TV-də çıxışından sonra məlum olub ki, həmin şəxs Avropaya erməni kimi inteqrasiya edilibmiş. Bunu biləndən sonra həmin müsahibəni ictimaiyyətdən gizlətməyə çalışırlar.

Eyni zamanda Fuad Muradovun xaricdə qurduğu koordinasiya şuralarında faktiki olaraq vətəndaş müharibəsi gedir. İsveç Krallığındakı şura artıq dağılıb. Əldə etdiyimiz məlumatlara görə, şura üzvləri hətta bir-birləri haqqında İsveç polisinə şikayət ediblər. Amma məsələ təkcə İsveçlə yekunlaşmır. İspaniyadakı şura da artıq üç yerə parçalanıb. Tərəflər bir-birlərini ittiham edirlər. Almaniyada isə vəziyyət çox gərdindir. Faktiki olaraq hamı bir-birindən Bakıya danos ötürür. Xüsusilə Dövlət Təhlükəsizlik Xidmətinə xoş görünmək üçün Almaniyadan Bakıya məlumat və danos daşıyanların tıxacı yaranıb. Adamlar gündəlik olaraq bir-birlərindən yazırlar. 

Ukraynada isə koordinasiya şurası artıq dağılıb. Səbəb odur ki, Fuad Muradovun ən sevimli dostu Hikmət Cavadovdur. Çünki Cavadov demək olar ki, Muradovla həmyaşıddırlar. Muradov Ukraynaya gedən zaman Cavadov onun qulluğunda necə lazımdırsa durur. Eyni zamanda Muradov Cavadova Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Mədət Quliyevin əmanəti kimi baxır.

Qeyd edək ki, Proşenko hakimiyyəti zamanı 2017-2018-ci illərdə Ukraynanın keçmiş prezidenti Saakaşvilinin aksiyalarına yaxından dəstək verdiyinə görə, Hikmət Cavadovun Ukraynadan deportasiyasına qərar verilmişdi. Həmin dövrdə təhlükəsizlik naziri işləyən Mədət Quliyev onun Ukraynada saxlanılması üçün özü şəxsən iki dəfə Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinə məktub yazıb.

Hikmət Cavadov Saakaşvili ilə
Hikmət Cavadov Saakaşvili ilə

Eyni zamanda Ukraynaın bir təhlükəsizlik generalından xahiş edib. Məhz bunun nəticəsində Cavadov  deportasiyadan xilas ola bildi. Hazırda da Ukraynadadır. Cavadovun Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən niyə bu cür himayə edilməsi isə xüsusi araşdırma mövzusudur. Bu üzdən o mövzuya toxunmayaraq bildiririk ki, bu günlərdə Ukraynada koordinasiya şurasının toplantısı keçirilib. Tərəflər bir-birlərini ittiham ediblər və şura parçalanıb.

Niderland və Belçika krallıqlarında koordinasiya şurası faktiki olaraq qadınların idarəsindədir. Ramiz Mehdiyevin kadrı sayılan Benilüks Azərbaycanlıları Konqresinin və ya Avropa Azərbaycanlıları Konqresinin rəhbəri Sahil Qasımova Mehdiyev getdikdən sonra demək olarq ki, komitədən pul ayrılmır. Çünki Fuad Muradovun Sahil Qasımovdan Mehdiyevin adamı kimi xoşu gəlmir.

Sahil Qasımov
Sahil Qasımov

Buna baxmayaraq, Qasımov və ətrafındakılar diqqətdə olmaq üçün ciblərindən də olsa, pul xərcləyirlər. Məsələn, bu günlərdə Niderland Krallığında keçirilən multikultural sərgidə yaradılmış Azərbaycan guşəsinin xərclərini şəxsən Sahil Qasımovun çəkdiyi, komitənin bu işi pul ayırmaqdan imtina etdiyi bildirilir. 

Son olaraq belə demək mümkündü, Fuad Muradov dövlət büdcəsindən ayrılmış 3 milyon manata yaxın pulu xərcləyib. Ortada isə heç bir nəticə yoxdur. Faktiki olaraq, komitədən pul alıb və ya ala bilməyib bir-birini ittiham edən, polisə verən bir qrup danosbaz ortada görünür. Bu da Prezident Administrasiyasında ciddi narazılıq yaradıb və Muradova özünü düzəltmək üçün vaxt verilib. 

Time TV

Leave a comment

Related Posts