Oct 31, 2020, 7:21 am
9 Users Online
Qənimət Zahid

Ya azadlıq, ya ölüm!

Qənimət Zahid Fransa mediasında Azərbaycan həqiqətlərilə bağlı yazıyla çıxış edib 

Azadlıq qəzetinin və Turan kanalının rəhbəri Qənimət Zahid Fransanın tanınmış agoravox.fr internet qəzetində Azərbaycandakı siyasi vəziyyətlə bağlı çıxış edib. https://mobile.agoravox.fr/culture-loisirs/people/article/en-azerbaidjan-le-leader-de-l-227247
Məqalədə Azərbaycandakı mövcud vəziyyət geniş təsvir edilərək Fransa oxucusuna çatdırılıb. Məqalənin Azərbaycan dilində tərcüməsini təqdim edirik.

Qənimət Zahid
Qənimət Zahid

 

Azərbaycanda müxalifət lideri ölüm aclığı elan edib.

Ya azadlıq, ya ölüm” deyərək 20 günə yaxındır ki, aclıq aksiyasını davam etdirir. 

Azərbaycanda Demokratik Qüvvələrin Milli Şurasının İdarə Heyətinin üzvü Tofiq Yaqublu keçmiş və indiki siyasi dustaqdır.

Dəfərlərlə həbs edilib və sonuncu dəfə də onu bir avtomobil qəzası ilə şərləyərək tutublar. Yaqublunun avtomobili küçənin kənarında, avtomobil park yerində dayandığı halda hakim ailəyə məxsus olan SİLK Vay şirkətinin bir əməkdaşı öpz avtomobili ilə yaxınlaşaraq onun maşınını vurub, sonra da polisə şikayət edib ki, Yaqublu məni vintaçanla vurdu. Hadisə yerinin bütün görüntüləri, o cümlədən Tofiq Yaqubliunun öz telefonu ilə qeydə aldığı epizodları istintaq silib yox edib. Məhkəmə isə 4 il 3 ay azadlıqdan məhrum etmə cəzası çıxarıb. Buna etiraz edən Tofiq Yaqublu «mən Azərbaycanda siyasilərin şərlənərək həbs edilməsi praktikasına etiraz edərək ölüm aclığına başlayıram, qoy bundan sonra kimsəni şərləyə bilməsinlər » deyərək ölüm aclığını davam etdirir.


Azərbaycanda siyasi müxalifətin məhv edilməsi prosesinə prezident İlham Əliyevin 19 mart tarixli çıxışından sonra start verilib. Həmin çıxışında İlham Əliyev açıq şəkildə demişdi ki, Azərbaycanda radikal siyasi müxalifət ləğv ediləcək. Onun radikal adlandırdığı siyasi müxalifət isə öz şüaurlarını və hərəkətlərini hakimiyyətlə razılaşdırmayan, Azərbaycanda demokratiyanın olması üçün mübarizə aparan, Avropaya inteqrasiyanı tələb edən sivil müxalifətdir. Əliyev bu qəzəbli çıxışı ilə paralel olaraq hökumətin müəyyən etdiyi çərçivə daxilində müxalifətçiliklə kifayətlənməyə razı olan bütün siyasi qüvvələrin dialoqu prosesini başlatdığını bəyan etdi. Bu dialoqun şərtlərinin siyasi və hüquqi azadlıqlar, siyasi dustaqıların azadlığı və insanların siyasi motivlərlə həbs edilməsinə son verilməsi kimi tələblər ola biləcəyini deyən müxalifəti o «düşmən və düşməndən də pis » adlandıraraq onları məhv edəcəyini bildirmişdi. İlham Əliyev televiziya ilə etdiyi bu çıxışının motivlərini başqa zamanlarda da dəfələrlə təkrar edib və bununla da ölkənin avtoritar lideri hüquq mühafizə orqanlarına sanki «həbs edin » göstərişini vermiş oldu. Bu çıxışdan sonra Azərbaycanda 40 nəfərdən çox siyasi fəal həbs edildi. Onlara qarşı amansız işgəncələr tətbiq edildi. İşgəncələrin məqsədi isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlidən dövlət çevrilişi üçün göstəriş və təlimat aldıqları barədə yalan ifadə vermək idi. Bu dalğada həbs edilənlərin bir çoxunun, o cümlədən Xalq Cəbhəsi Partiyasının rəhbərlərindən olan keşmiş siyasi dustaq Fuad Qəhrəmanlının harada saxlandığı hələ də bəlli deyil, baxmayaraq ki, o, 3 ay bundan əvvəl evindən zorla aparılıb.


Amnesty İnternational və bir çox başqa beynəlxalq təşkilatlar bu repressiyalar barədə hesabatlar tərtib ediblər, ABŞ dövlət Departamenti və bir çox başqa dövlətlərin rəsmi şəxsləri, Azərbaycandakı diplomatik nümayəndəliklər də mövqelərini bildiriblər, Azərbaycan hakimiyyətini demokratiya və söz azadlığı prinsiplərinə əməl etməyə çağırıblar.
Müxalifət liderlərindən olan Tofiq Yaqublu cəmiyyətdə böyük nüfuzu olan şəxsdir. O, dəfələrlə siyasi motivlərlə həbs edilib. Qızı və kürəkəni də siyasi dustaq kimi həbsxanada olublar. Daha bir qızı, Azərbaycanda gənclər hərəkatının liderlərindən olan Nərgiz Tofiq Yaqublu həbsxanada olarkən vəfat edib. Səhhətinə görə hərbi xidmətə yararsız olan oğlu Rahim Yaqublu isə Tofiq Yaqublunu cəzalandırmaq məqsədilə hərbi xidmətə aparılıb.
Mart ayının 23- də bir polis əməliyyatı ilə saxta arqumentlərlə həbs edilən Tofiq Yaqublu öncə xəbərdarlıq almışdı. Onu «ictimai asayişi pozmaq » bəhanəsi ilə həbs edib 30 sutka vermişdilər. Bu həbs zamanı intensiv işgəncələrə məruz qoyulan Tofiq Yaqublu həbsdən çıxan kimi açıqlama verərək bildirmişdi : «Məndən tələb edirdilər ki, Milli Şuradan uzaqlaş, müxalifətçilik fəaliyyətinə son qoy, Əli Kərimli ilə birlikdə olma.

Əgər bu şərtlərə əməl etməyəcəksənsə, uzun müddətə həbs olunacaqsan ». Bu insidentdən 3 ay sonra Tofiq Yaqublu planlanan bir polis əməliyyatı ilə saxta ittihamlarla tutuldu və sentyabrın 2-də məhkəmə ona 4 il 3 ay cəza kəsdi. Elə həmin gündən başlayaraq Tofiq Yaqublu aclıq aksiyasına başlayıb.
Maraqlıdır ki, elə həmin gündən başlayaraq Azərbaycanında sosial şəbəkələrin əsas gündəmi Tofiq Yqublu ilə bağlı məsələ olaraq qalır. Azərbaycanda azad mətbuat isə yoxdur, bütün müstəqil medya qapadılıb, ölkə xaricindən, mühacir jurnalistlərin yaratdıqları medya saytları isə azərbaycanm ərazisində bloklanıb…
Sərhədsiz Reportyorlar Təşkilatının illik hesabatlarına əsasən Azərbaycan mətbuat azadlığının səviyyəsinə görə 180 ölkə arasında 168- ci yeri tutur.
Azərbaycan prezidenti İlham Əliyevi dünyanın nüfuzlu nəşrləri « diktator » adlandırır, onun ən yaxın məsləhətçiləri isə Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Tayyib Ərdoğğandır. Diktator adlandırılan İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyeva birinci vitse prezident vəzifəsini tutur. Yeri gəlmişkən, Mehriban Əliyeva Fransada Legion Şərəf ordeni iklə təıltif edilib və bu, Azərbaycan cəmiyyətini olduqca təəccübləndirir.
Fransanın Legion Şərəf ordeninin başqa bir daşıyıcısı, Sülh və demokratiya İnstitutunun rəhbəri, mühacirətdə olan hüquq müdafiəçisi Leyla Yunusun tərtib etdiyi siyahıya görə Azərbaycanda 195 nəfər siyasi dustaq var.

Оставить комментарий

Похожие сообщения