Dec 2, 2020, 9:55 am
5 Users Online

Azərbaycan 10-na yaxın mühaciri beynəlxalq axtarışa verdi

Onlar hazırda Azərbaycanda həbsdə olan Elvin İsayevlə birləşərək dövlətə qarşı cinayətlər həyata keçirməyə cəhd göstərmək də ittiham olunurlar

Azərbaycan Respublikası hüquq mühafizə orqanlarının təqdimatı əsasında xaricdə yaşayan azərbaycanlı mühacirlər Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı barəsində Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə ayrıca icraata ayrılmış cinayət işi üzrə həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb ediliblər, Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, həmçinin “İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib.

Time TV

 

 

 

Leave a comment

Related Posts