Sep 26, 2020, 10:52 pm
4 Users Online

Təcil: Almaniyadan azərbaycanlılara qarşı gözlənilməz deport qərarı!

Azərbaycanlı miqrantları polislə söhbət adıyla çağırıb aeroportdan çarter reysilə birbaşa deport edirlər

Pandemiya şokundan ayılan Almaniyada ilk qərarlardan biri yenə miqrantlarla bağlı verilib. İlkin olaraq 4 mindən çox azərbaycanlının deportu barədə qərar çıxarılıb. Lakin həmin 4 min azərbaycanlının çoxu kamplarda qalmadığı, bir çoxu qeyri-leqal yaşadığı üçün onları müxtəlif bəhanələrlə polisə çağırırlar. Çağırışda qeyd olunur ki, guya şəxsin hansısa cəriməsi var və onu ödəmədiyi üçün polisə çağrılır. Diqqəti yayındırmaq üçün məktubda iki dəfə görüş vaxtı göstərilir. Görüş ünvanı kimi isə əsasən aeroport polisləri ərazisi qeyd olunur.

Bu çağırışın deportla əlaqəsi olduğunu düşünməyib polisə gedən şəxslər aeroportda saxlanılır və dərhal deport olunur. 
Bununla bağlı vəkil məsləhəti odur ki, belə çağırışlarla bağlı mütləq vəkilə müraciət olunmalıdır. Vəkil də polisdən bu qeyri-müəyyən çağırışın açıqlamasını tələb etməlidir. Avropa Birliyi qanunlarına görə, dövlət qurumları vəkilin müraciətinə qanunda nəzərdə tutulmuş qayda da cavab verməlidir.

Time TV

Leave a comment

Related Posts