Sep 26, 2020, 10:28 pm
5 Users Online

Səfirlərdən daha kimlər həbs oluna bilər?

Azərbaycanın Belçika Krallığındakı səfiri Fuad İsgəndərovun adı həbs oluna biləcək potensial namizədlər sırasında çəkilir 

Vilayət Quliyevlə Həsən Həsənovun isə yaxın günlərdə geri çağrılacağı bildirilir 

Xarici İşlər Nazirliyində aparılan yoxlamalar çərçivəsində keçmiş baş prokuror və Azərbaycanın Serbiya, Qaradağ və Bosniya-Hersoqovinadakı səlahiyyətli səfiri Eldar Həsənovun həbs edilməsi onu sübut etdi ki, hakimiyyətdəkilərin heç biri həbsdən sığortalanmayıb. Onlar hakim ailə və dövlət qarşısında xidmətlərinə baxmayaraq, istənilən an həbsə atıla bilərlər.

Eldar Həsənovdan sonra isə həbs olunmağa ən yaxın diplomatlardan biri Azərbaycanın Belçika Krallığındakı səfiri Fuad İsgəndərovdu. Bunun üçün hakimiyyət daxilindən hər hansı bir informasiya almağa ehtiyac yoxdu. İsgəndərov Eldar Həsənovun yaxın adamlarından biridir və onun rəhbərlik etdiyi Davamlı Sülh və İnkişaf üzrə Fondun aktiv üzvlərindən biri olub. Hətta fond rəhbərliyi tərəfindən mükafatlandırılıb. Bu da onu göstərir ki, Fuad İsgəndərov bu fondda mükafata layiq görüləcək qədər fəaliyyətlə məşğul olub. İndi isə Azərbaycanın iqtidar mediası faktiki olaraq bu fonda qarşı hücuma keçib. Onlar iddia edirlər ki, Eldar Həsənov şəxsi təşəbbüsü ilə bu fondu yaradıb. Lakin fondun yaradılması üçün Rumıniya rəhbərliyini Azərbaycan hakimiyyətinə minnətçi salıb. Eyni zamanda belə təqdim olunur ki, Eldar Həsənov dəfələrlə Rumıniya rəhbərliyinin adından istifadə edərək öz maraqlarını həyata keçirib. Bu məlumatların nə qədər doğru olub-olmadığını söyləmək mümkün deyil. Amma onu söyləmək mümkündür ki, Azərbaycanın Belçika Krallığındakı səfiri yaxın zamanlarda istintaqa cəlb ediləcək və ya bəlkə də cəlb olunub artıq. 

Qeyd edək ki, 1980-ci illərdə Ukrayna paytaxtı Kiyevdə ali təhsil alan zaman İlham Əliyevlə əlaqələri yaranan Fuad İsgəndərov təhlükəsizlik xidməti zabitidir. O 1995-2002-ci illərdə Milli Təhlükəsizlik Nazirliyində yüksək vəzifələrdə çalışıb. Ordan isə XİN-ə ezam edilib. 2007-2012-ci Azərbaycanın Niderland Krallığındakı səfiri işləyib. Niderlandda səfir işlədiyi zaman səfirlik üçün ərazi və bina alıb inşaatla məşğul olub. Belçikaya göndərilən zaman orda da səfirlik üçün bina tikintisilə məşğul olub. Biz bu inşaat zamanı Fuad İsgəndərovun hansısa yeyintilərə yol verib-vermədiyini deyə bilmərik. Bunu araşdırmaq aidiyyatı qurumların işidir. Lakin onun Eldar Həsənovla birlikdə uzun fəaliyyət yolu keçməsi, onun rəhbərlik etdiyi fondun aktivisti olması, hətta mükafat alması onu təsdiqləyir ki, İsgəndərov istəməsə belə, istintaqa cəlb olunacaq. Belçikada artıq ikinci dönəm səfirliyini davam etdirən İsgəndərovun çox tezliklə diplomat karyerasını indidən başa vuracağı açıqlığı ilə ortadadır. 

İsgəndərovla yanaşı keçmiş xarici işlər naziri, Azərbaycanın Macarıstandakı 67 yaşlı səfiri Vilayət Quliyev də istintaqa cəlb çağrılacaq şəxslər sırasında ola bilər. Səbəb odur ki, Quliyev Eldar Həsənovla çox yaxın münasibətlərdə olub. Hətta İlham Əliyevin diplomatlarla son görüşündə Eldar Həsənovun “Cənab prezident, biz yaşlaşmışıq, bizi istefaya göndərin, yerimizə gəncləri təyin edin” sözlərini söyləməsinə də səssiz qalıb. Onunla birlikdə həmin görüşdə iştirak edən və 79 yaşında Azərbaycanı Polşada təmsil etmək tapşırılmış Həsən Həsənov da artıq istefa verməyin zamanı olduğunu təsdiqləyib. İlham Əliyev isə onlara “Siz hələ bizi lazımsınız” deyərək qoca diplomatların diplomatik yolla aradan çıxmalarına etiraz edib. Könüllü istefa vermək istəyən 3 şəxsdən artıq biri həbsdə olduğuna görə, digər iki şəxsi də eyni təhlükə gözlədiyi istisna edilmir.

 

TİME TV

Leave a comment

Related Posts