Oct 31, 2020, 7:02 am
5 Users Online

Eldar Həsənovu kim və niyə tutdurdu?

Keçmiş deputat Əlövsət Ağalarova Dövlət Təhlükəsizlik Xidmətində hansı sualları veriblər? 

Keçmiş baş prokuror Eldar Həsənovun həbsini müxalifətlə əlaqələndirmək üçün çox cəhdlər göstərilir. Faktiki olaraq həm Rauf Arifoğlu, həm də Eynulla Fətullayev şər aparatından aldıqları əmrləri yerinə yetirirlər. Təbii həyat bumeranqdı. Vaxtilə DİN-in istintaq İdarəsinin keçmiş rəisi Nizami Qocayev nazir Ramil Usubovun kabinetində həbs ediləndə “Yeni Müsavat” Baş Prokurorluqdakı hamilərinin sifarişilə Qocayevləri vururdu, Murtuz Ələsgərov komandasını hədəf alırdı. İndi həmin maklaturada Eldar Həsənovun özünə qara yaxırlar. Guya Həsənov müxalifətlə əlaqəli imiş. Ağ yalandı. Həsənov son illər hakimiyyətin 2 milyard pulunu Montenegroya yerləşdirmiş şəxsdir. Yeganə səfir olub ki, səfirlərin iki ildən bir keçirilən toplantısında Ramiz Mehdiyevin çıxışı zamanı hər dəfə zalı tərk edib. Bunu da Mehdiyevin Rusiyanın adamı olması ilə əlaqələndirib. Eyni münasibət Ramil Usubovla da bağlıdır. Bir az məlumatı olanlar bilir ki, Ramil Usubov Ramiz Mehdiyevin həmişə kölgəsi olub və belə də davam edir. Həsənov isə bu səbəbdən ona qarşı da isti münasibət bəsləməyib.
İllərdir qarşılıqlı olan bu toqquşmalarda Həsənovun qurban getməsinin başlıca səbəbə onun Rumınyanın indiki prezidenti Klaus İohannislə dostluğudur. İlham Əliyevə belə məlumat çatdırlıb ki, Avropa Birliyi Həsənovu gələcək prezident görmək istəyir.

Əlövsət Ağalarov
Əlövsət Ağalarov

 

Bu xəbərdən həyacan yaranıb və gecəylə keçmiş deputat, “Murov Dağ” Xeyriyyə Cəmiyyətinin sədri, Eldar Həsənovun yaxın dostu Əlövsət Ağalarovu evindən Dövlət Təhlükəsizlik Xidmətinə aparıblar. Orda verilən suallar bundan ibarət olub:
1. Eldar Həsənov partiya yaratmaq istəyirmi?
2. Eldar Həsənov nə vaxtsa onların yanında prezidentlik iddiasından danışıbmı?
3. Ümumiyyətlə, Kəlbəcər zonasının əhalisi arasında Həsənovun nüfuzu necədir?
Bu suallarla Həsənovun hakimiyyətə iddiası olub olmadığı araşdırılıb, sonra da onu həbs ediblər. Artıq yaxınlarının evində axtarışlara start verilib.
Həsənova sürülən səfirlikdə maliyyə yeyintisi iddiası Raug Arifoğlunun o yaramaz siması qədər qeyri-ciddidir. Çünki Maliyyə Nazirliyinin hesabatları da təsdiqləyə bilər ki, 3 ildir Azərbaycanın səfirliklərinə heç Xocalıya görə pul ayrılmır, diplomatların xidməti maşınları yenilənmir. Bu halda hansı yeyintidən söhbət gedə bilər? Eldar Həsənov təkcə Montenegroda 2 milyardlıq layihəyə məsul şəxs olub. İndi durub 50-100 min dollarmı mənimsəyəcəkdi?
Həsənov nə müxalifətin, nə də Rusiyanın dostudur. Həsənov Rumınya prezidentilə dostluq edib, bu hakimiyyətdə narahatlıq yaradıb, Ramiz Nehdiyev də Ramil Usubovun əlilə onun torbasını tikib həbsə atdırıb. Bu prosesdə Həsənovun əzəli düşməni – PA-nın hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəhbəri Fuad Ələsgərovun elə də rolu yoxdu. Çünki onun özünün vəziyyəti ağırdı. Konkret olaraq Ramiz Mehdiyev və Ramil Usubov birliyinin keçirdiyi əməliyyatdır. İlham Əliyevə deyiblər Avropa yerinə alternativ hazırlayır. Bu Mehdiyevin nəyinə gərəkdi bəs? Ona onun üçün lazımdır ki, əzəli düşmənini zərərsizləşdirdi. İlham Əliyevə bir pas ötürdü ki, sənin hakimiyyətini qoruyuram. Rusiyaya isə xidmət göstərərək Azərbaycanda Avropaya yaxınlaşmaq tərəfdarı olan hakimiyyət içi daha bir qrupu zərərsizləşdirdi.
Azərbaycanın öz səfirini bu cür tutması isə açığı dövlətçilik adına biabırçılıqdı, bunun başqa adı yoxdu.
Məsələlər bu qədər açıqlığıyla ortadadır.

Time TV

Leave a comment

Related Posts