Sep 26, 2020, 8:51 pm
9 Users Online

Parlament gözünü Neft Fonduna tikib

Neft Fondundan pul götürmək üçün büdcəyə dəyişiklik edirlər

Pandemiyanın və qeyri-düzgün idarəetmənin yaratdığı fəsadlar Azərbaycanı iqtisadi böhranla üz-üzə qoyub. Faktiki olaraq büdcəyə daxil olmalar xeyli azalıb, əlavə xərclər çoxalıb. Belə bir məqamda Azərbaycan hökuməti əlavə plan üzərində çalışmaqdansa, yenə hazıra əl uzadır. Neft Fondundan pul ayırmaq üçün Milli Məclisdə bu gün 2020-ci ilin büdcəsinə dəyişiklik ediləcək. Bununla bağlı iqtisadçı alim, professor Qubad İbadoğlu bildirir: Bu o deməkdir ki, ötən ildən tətbiqinə başlanan yeni büdcə qaydasına əsasən müəyyənləşdirilən Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddinə bu ilin büdcəsində əməl olunmayacaq. Yeni büdcə qaydası üzrə 2020-ci il üçün neftin bir barelinin orta illik qiymətinin 35 ABŞ dolları fərziyyəsi əsasında büdcə parametrlərini yenidən hesabladıqda Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin gözlənilən həcmləri təqribən 2,5 milyard manat azaldılmalıdır. Amma Maliyyə Nazirliyi qaydaların tətbiqini dayandırıb, Dövlət Neft Fondundan dövlət büdcəsinə transferti təsdiq olunmuş 11350 milyon manatdan 12200 milyon manatadək artırmağı təklif edir. Beləliklə də 2020-ci ilin dürüstləşdiriləcək dövlət büdcəsində 1 il bundan əvvəl tətbiqinə başlanan yeni qaydaların dayandırılması (burda bu hökümətin “uzaqgörənliyi” bəlli olur) hesabına Fonddan transfertin 850 milyon manat artırılması sayəsində büdcədə neft gəlirlərinin payı 58 faizə çatdırılır.
Dürüstləşdiriləcək büdcədə neft sektorundan proqnozlaşdırılan 13990 milyon manatın 87,2 faizini və ya 12200 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 12,8 faizini və ya 1790,0 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan (ARDNŞ və BP-dən) daxilolmalar təşkil edir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) üzrə büdcə ödənişləri 1240 milyon manat və neft-qaz sahəsində fəaliyyət göstərən Hasilatın Pay Bölgüsü sazişlərindən mənfəət vergisi 550 milyon manat nəzərdə tutulur ki, bu da o deməkdir ki, ARDNŞ dövlət büdcəsinə təsdiq edilmiş proqnozdan 210 milyon manat və ya 14,5 faiz, BP isə Hasilatın Pay Bölgüsü sazişlərindən mənfəət vergisi üzrə təsdiq edilmiş proqnozdan 180 milyon manat və ya 24,7 faiz az ödəniş edəcək. Azalmanın səbəbi xam neftin ixrac qiymətinin təsdiq edilmiş göstəricilərdən 20 ABŞ dolları az götürülməsi və OPEK+ sazişi üzrə hasilat həcmlərinin aşağı düşməsi ilə əlaqədardır.

Time TV

Leave a comment

Related Posts