Sep 26, 2020, 8:59 pm
9 Users Online

Beyrutun xaraba qalmasına sevinənlər

3-5 erməninin ölümünə görə bir şəhərin məhv olmasına sevinənlərə nə ad vermək olar?


Savadsızlıq dəhşət bir şeydir. Hələ bu savadsızlıq üzərinə geydirmə milli hisslər əlavə olunanda daha dəhşət olur.

Baxıram keçən dəfə televiziya kanallarında, sosial mediada Serbiya adlı ölkəni yıxıb-sürüyürlər. Niyə? Ermənistana hansısa növ silah satıbmış.

Özünü və dünyanı dərk o dərəcə aşağıdır ki, əvvəla dövlət, siyasi hakimiyyət və xalq, millət anlayışlarını kütlə ayırd edə bilmir. Eyni zamanda beyinlər o duruma gəlib ki, hər xarici dövlətə ancaq «bu qardaşdı» və ya «bu düşməndi» gözündə baxır. Məsələn, potensial bir azərbaycanlı adi bir informasiya ilə neçə milyonluq hansısa başqa bir cəmiyyəti özünə bütünlükdə düşmən görə bilər.

Bundan əlavə Azərbaycanda əksər insan ən adi primitiv olaraq dünyada kapitalizm quruluşunun olduğunu bilmir, dərk etmir. TV və media da bu savadsızlığı daha da qızışdırır. Dərk etmir ki, kapitalizm quruluşunda Tanrı belə kapitaldır. Bir ailədə qardaşı qardaşa, övladı valideynə düşmən edən pul və maddiyyatdır. O ki qaldı tamamən mənafeləşmiş və siyasiləşmiş təsisat olan dövlətlər buna yönəlməyəcək?

Məsələn, Serbiya Avropa ilə əlaqəsi yaxşı olmayan dövlətdir. Keçmiş Yuqoslaviyanın siyasi hakimi olan dövlətdir. Serbiya da bugün modern qlobal dünyada yaşayır və bugün istənilən dövlət maddi gəlir əldə etmək üçün istehsal etdiyi hansısa silahı beynəlxalq ticarətdə satışa qoyur. Bu eyniylə Aliexpress’də olan online satış kimidir. Ermənistan və ya başqası da pulunu verir sifariş edir.
İndi sual yaranır ki, Serbiya kapitalist dövlətinin nəyinə lazımdır ki, sifarişi kim verib? Serbiyanın nə vecinədir ki, bugün Azərbaycanla Ermənistan münaqişə içərisindədir? Sabah Azərbaycan da sifariş versə ona da satacaq. Nəinki Azərbaycan, Kosova da sifariş versə ona da gizlin də olsa satacaq.

Bəlkə də, öz ailəsində, öz qohumluqlarında, yaxın ətrafında, dostlarından kimlərləsə maddi məsələlərə görə düşmən olan, mübahisəsi olan, danışmayan, arası olmayan insanlar burdan Serbiyanı düşmən ediblər. Serbiya hakimiyyətini də yox ha, Serbiya xalqını.

Eyni prinsip hal-hazırda Livana da aid edilir. Dəhşətli hadisə baş verib, baxıram çox insanlarımız sevinir az qala. Livan Yaxın Şərqin ən qarışıq etnik və dini xüsusiyyətlərə malik, özü öz daxilində həm terrorlar, həm də İsrail kimi güclü dövlətlə problemləri olan ölkədir. Livan xalqı onsuzda bundan bezib. Livan dövləti Ermənistana silah satıb və ya satmayıb bəlkə də heç xəbəri də yoxdur. Daha da pisi, nə imiş, Livanda ermənilər çoxdu.
Bütün bunlara görə bütünlükdə orda həlak olan günahsız insanlara görə sevinən zehniyyətlərlə eyni yerdə yaşayırıq.

Yusif İsayev

Оставить комментарий

Похожие сообщения