Aug 10, 2020, 4:46 am
3 Users Online

Kiyevdə 4 azərbaycanlı tələbə güllələndi

Azərbaycanlı-erməni qarşıdurmasında xaricdə də silahlar işə düşdü

Tovuz rayonunun erməni hərbi birlmələri tərəfindən atəşı tutulmasından sonra dünyanın müxtəlif ölkələrində ermənilərin azərbaycanlılara qarşı aqressiyası davam edir. Bu gün gecə Kiyevdə dörd azərbaycanlı tələbə erməni tərəfindən güllələnib.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov bildirib ki, dünən saat 21:30 radələrində Kiyevin mərkəzində dörd azərbaycanlı tələbəyə erməni atəş açıb, onlardan ikisi yaralanıb.

“Bu xəbəri eşidən kimi mən və Diasporun idarə heyətinin üzvləri hadisə yerinə gəldik. Tələbələrimiz evə qayıdıb və binanın həyətində erməni nömrələri olan bir maşın gördülər. Azərbaycanlıların yaxından diqqətini görən avtomobil sahibi onunla mübahisəyə başladı. Bundan sonra ona başqa bir erməni də qoşuldu. Onlardan birində tapança var idi. Təcavüzkarlar cinayət yerindən qaçıblar. Səhər beşə qədər hadisə yerində qaldıq. Yaralılar xəstəxanaya aparılıb. Polis təcavüzkarları axtarır.
Xatırladaq ki, dünən gecə Moskvanın Bratislava küçəsində də ermənilər azərbaycanlılara silahlı hücum etmişdilər. 

TİME TV

Leave a comment

Related Posts