Aug 11, 2020, 10:19 pm
6 Users Online

Kim düz deyir: Prezident, ya statistika?

İlham Əliyev 5 milyon vətəndaşa yardım edildiyini deyir, rəsmi rəqəmlər isə 2 milyonu keçmir

Bu günlərdə bir təqdimatda Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstək verilib. 

Belə çıxır ki, pandemiyaya görə, maddi dəstək hər 2 adamdan birinə və ya hər ailədən ən azı 2 nəfərə çatıb, ya da ki, 1 adamı 5 dəfə sayıblar.

lham Əliyev Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxış edərkən qeyd edib ki, bu il pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub. Belə çıxır ki, pandemiyaya görə maddi dəstək hər 2 adamdan birinə və ya hər ailədən orta hesabla 2 nəfərə çatıb. Bununla bağlı iqtisadçı alim, professor Qubad İbadoğlu bildirib ki, 2005-ci ildə Milli Məclisə seçkilər zamanı İmişli Fin evində məskunlaşan məcburi köçkünlərlər görüşdə çıxış edərkən DSK-ya istinadən dedim ki, Azərbaycanda balıq və balıq məhsullarının istehlakı adambaşına 7,1 kiloqram təşkil edib. Seçicilərimdən biri mənim çıxışımı dayandırıb, israrla dedi ki, mənə heç 1 kiloqram da balıq verilməyib. İndi öncə sizlərə xitabən soruşmaq istəyirəm ki, sizlər və ya ailənizin digər üzvləri pandemiyaya görə maddi dəstəklə əhatə olunmusunuzmu?
Mən öz tərəfimdən rəqəmlərə çox həsas yanaşdığıma görə, ən yüksək səviyyədə açıqlanan 5 milyonun da mənbəyini araşdırmağa başladım. Amma nə qədər hesablama apardımsa, pandemiyaya görə maddi dəstək alanların yekun sayı nəinki 5 milyona, heç 2 milyona da çatmadı.
Hətta pandemiyadan asılı olmayan sosial təminat xarakterli ödənişləri də cəmləsəm yenə 5 milyon alınmadı. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən iyun ayında ümumilikdə 2,3 milyondan çox şəxsə sosial təminat növləri üzrə ödənişlər edilib. Əslində bu ödənişlər pandemiya olmayanda da müntəzəm edilirdi. Belə ki, DSMF-nin açıqlamasına görə, iyun ayında 1 milyon 264 min nəfərə pensiya, 421 min nəfərə müavinət, 300 min nəfərə təqaüd ödənilib, 84 min ailə üzrə 350 mindən çox ailə üzvünə isə ünvanlı sosial yardım verilib. Hamısı birlikdə 2 milyon 335 min nəfər edir. Bütün bu ödənişlər pandemiyadan əvvəl də olub, sonra da olacaq. Onlar arasında daha çox saya malik olan pensiyalar üzrə ödəmələr də təqaüdçülərin işlədikləri dövrdə DSMF-yə verdikləri sığorta haqlarının bir hissəsinin geri qaytarılmasıdır, yəni buna görə onlara minnət qoymağa da dəymir.
Pandemiya dövründə 600 min “aztəminatlı işsizə” 2 ay (aprel-may aylarında) hər ay, eləcə də onlar arasından seçilmiş 287 min nəfərə də təkrar iyun ayı üçün 190 manat birdəfəlik yardım ödənilib. Bunun üçün də əvvəl 229 milyon manat, sonra isə 55 milyon manat, bütövlükdə isə 284 milyon manat xərclənib. Bundan əlavə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 210.152 işçiyə, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 109.283 vergi ödəyicisinə maddi dəstək verilib. Yəni bütövılükdə pandemiyadan qorunmaq üçün maddi dəstək proqramından 919435 nəfər (600000+210152+109283) faydalanıb, onlardan da 600 min nəfəri sosial yardım alanlardır. Bu rəqəmi pandemiya səbəbindən ünvanlı sosial yardım alanların, özünüməşğulların əhatə dairəsinin genişləndirilməsi ilə maksimum 1 milyona qədər artırmaq olar ki, bu da İlham Əliyevin elan etdiyi 5 milyon sayından 5 dəfə azdır. Görünür ki, 1 adam 5 dəfə sayılıb.
Əgər kimsə 1 adamı 1 dəfə saymaqla İlham Əliyevin elan etdiyi 5 milyon rəqəminin sirrini bilirsə buyursun, şərh bölməsində yazsın. Hesab edirəm ki, bu halda həmin şəxsə peşəkarlığına görə “əməkdar iqtisadçı” adı da vermək olar.

TİME TV 

Leave a comment

Related Posts