Aug 11, 2020, 10:40 pm
4 Users Online
Günəş Rüstəmzadə (ortada)

Azərbaycanın səfiri İsveçdən sığınacaq istədi

Süleyman Rüstəmin nəvəsi Günəş Rüstəmzadə İsveç Krallığına müraciətində Azərbaycanda onu həbs və işgəncə gözlədiyini bildirib 

İlham Əliyev yeni xarici işlər naziri Ceyhun Bayramovu vəzifəyə təyin edən zaman Azərbaycanın xaricdəki bəzi diplomatlarının xarici xüsusi xidmət orqanlarına işlədiyini söylədi və bildirdi ki, onların haqqında tədbir görüləcək. İlham Əliyevin çıxışından sonra bəlli idi ki, Azərbaycanda XİN nümayəndələrinin həbsi davam edəcək. Bu üzdən də bəzi diplomatların müxtəlif ölkələrə sığınacaq üçün müraciət edəcəklər bəlli idi.

Bu gün İsveç Krallığından aldığımız məlumata görə, Azərbaycanın İsveç Krallığındakı səfir əvəzi, müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə Azərbaycana qayıtmaqdan imtina edərək İsveç Krallığından sığınacaq istəyib. Rüstəmzadə ərizəsində göstərib ki, onun həyatına Azərbaycanda təhlükə var, onu həbs gözləyir. Rüstəmzadə müraciətdən sonra yeri dəyişdirilib və hazırda onun harda qaldığı məlum deyil. Xəbərlərdə qeyd olunur ki, Rüstəmzadə tək olmayacaq və onun ardınca da sığınacaq istəyənlər davam edəcək. 

Hazırda Azərbaycanın İsveç Krallığındakı səfirliyin önündə Azərbaycan bayrağı çıxarılıb, səfirlikdə heç kəs yoxdu. 

Məlumat üçün bildirək ki, Günəş Rüstəmzadə məşhur sovet şairi Süleyman Rüstəmin nəvəsidir. 

 

TİME TV

Оставить комментарий

Похожие сообщения