Oct 30, 2020, 1:54 pm
11 Users Online

XİN əməkdaşı ABŞ-a qaçıb?

Səttar Mehbalıyevin diplomat kürəkəninin həbs olunmamaq üçün ABŞ-a qaçdığı bildirilir

Time TV-yə daxil olan məlumata görə, XİN-də aparılan yoxlamalar və həbslərdə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, Səttar Mehbalıyevin kürəkəni XİN Konsulluq İdarəsinin əməkdaşı, İstanbuldakı Baş Konsulluqda çalışan Rəşad Eyvazovun da adı keçir. Səttar Mehbalıyevin qızı Nigar Eyvazova ilə evli olan Rəşad Eyvazov həyat yoldaşını və 3 oğlunu ataraq həbsdən xilas olmaq üçün İstanbuldan ABŞ-a sevgilisi ilə qaçıb.
Xəbərdə qeyd olunur ki, Mehbalıyevlərin Türkiyədəki biznesi on milyonlarla dollar dəyərindədir. Bura otellər, villalar, mağazalar və sair aiddir. Türkiyədəki bizneslərinə Səttar Mehbalıyevin həyat yoldaşı rəhbərlik edir. Nigar Eyvazova isə SOCAR Türkiyənin əməkdaşıdır.

Qeyd edək ki, Səttar Mehbalıyev prezidentin keçmiş köməkçisi, işi və şirkətləri əlindən alınmış Əli Həsənovun qudasıdır.

Time TV

Leave a comment

Related Posts