Aug 11, 2020, 9:59 pm
5 Users Online

Eynullanın «sosial şəbəkə» macəraları

Və ya killer Mədət Eynulla Fətullayevi necə xilas edib?

Eynulla Fətullayev sosial şəbəkələrdə də fəallaşmaq istəyir. Saytında da sağa- sola saldırır. Bunu başa düşmək olar ki, qarmağa düşmüş adamdır, nə verirlər, dərc edir. Amma sosial şəbəkələrdə öz adı ilə yazır, öz təşəbüsü ilə ürək bulandırır. Yəni, bu onun öz istəyidir. 

“Mutilşik” Eynulla

Amma axı Eynulla Fətullayev sosiallaşa bilməyən tipdir. Dünyada tünlük səviyyəsinə xüsusilə yaxınlaşdırılmış ən mükəmməl sosial şəbəkə həbsxanadır ki, Eynulla orada ömrünün bir neçə ilini sərf eləyib. Niyə oraya düşüb, necə gedib çıxıb, bunlar başqa söhbətlərdir. Öz dələduzluqları ucbatından – iki nazirin arasındakı savaşa nizə daşıyan qismində qoşulduğuna görə cəzalandırılıb. Xırdalıqları özünə bəllidir. Amma həbsxana deyilən o sosial şəbəkədə onun necə gün keçirdiyi ən azı onunla eyni həbsxana zamanı və məkanını bölüşənlərə bəllidir. Bu sosial şəbəkədə isə onun heç bəxti gətirməyib. Bəxti də ona görə gətirməyib ki, xasiyyəti dolaşıqdır. Həbsxanada belələrinə «mutilşik» deyirlər.

Eynullanın həzm etdikləri 

Birincisi, onu xatırlatmaq yerinə düşür ki, Eynulla Fətullayev həbsxanada nəinki başqalarının, hətta özünün söydüyü ana söyüşlərini həzm etmiş insan kimi tanınıb. Buna görə də həbsxana zümrəsi onu özündən dışlayıb. Daha bir addım o yana «üzdəniraq» deyilən həbsxana mastının sırası olub və o son addımdan onu gözlənilən fəlakət qarşısında diz çöküb fəryad etməsi saxlayıb. Qanının arasına da killer Mədət girib.

Killer Mədətin xilası 

Amma killer Mədət də onu elə- belə xilas etməyib. Eynullanın ikinci və ən ziddiyətli sosial şəbəkə (həbsxana) macərasını qeydə alandan sonra xilas edib. Belə ki, Eynulla Fətullayev günlərin birində «yat» əmri veriləndən sonra həmin zonda olan Azər adlı bir dustaqla həbsxana hamamına girib. Orda kim nə iş görüb, kim necə çimib, bunu xırdalamağa gərək yoxdur. Amam hər halda, Azər adlı həmin dustaq həbsxanada aparılan təhqiqata izahat yazıb verib. İzahatda Eynulla ilə həmin gecə hansı işi gördüyünü yazıb. Bu, həbsxana nizamnaməsinin kobud şəkildə pozulması sayıldığına görə mütləq cinayət işi qaldırılmalı idi. Bu cinayət işi, Allah göstərməsin, adamın hətta bircə həftəlik belə həbsxana həyatı üçün cəhənnəmdən başqa heş nə vəd etmirdi. Buna görə də Eynulla Ftullayev Mədətin dizlərini qucaqlayıb. O da yuxarıdan verilən sifarişi bir az başqa şəkildə icra etməyə üstünlük verib. Eynullaya qarşı «hamam» və «Sabirabadlı Azər» maddəsi ilə deyil, 234- cü maddə ilə cinayət işi açılıb. Yəni, narkotik maddə ilə bağlı. Bunu da görünür, məntiqi eyham kimi nəzərdə tutublar ki, narkotik maddə istifadəçilyini yapışdırmaqla, gələcəkdə, Eynullanın cızıqdan çıxa biləcəyi ehtimalını nəzərə alaraq «hamam» maddəsini də əlavə edərik ki, narkotik maddə qəbul etdiyinə görə özündə olmayıb.

Ardı ola bilər..

Hüseyn Qarabağlı

 

Leave a comment

Related Posts