Sep 23, 2020, 4:43 pm
5 Users Online

Fuad Muradovun 3,5 milyonluq “Azərbaycan Evi”

Diaspora Komitəsi 2019-cu ildə “Azərbaycan Evi” və diaspora qurmaq adıyla 3,5 milyon manat xərcləyib

Amma ortada nə ev var, nə də düz-əməlli diaspora

 

Ötən il lobbi quruculuğu üçün yalnız Diasporla İş üzrə Dövlət Komitəsi 3 milyon 500 000 manat xərcləyib. Bu açıqlamanı iqtisadçı alim, professor Qubad İbadoğlu verib. O bildirib ki, amma hələ də xaricdə də birləşə bilmirik.

İbadoğlu hazırda yaşadığı ABŞ-dakı vəziyyyətdən danışıb;

– ABŞ-ın Nyu York şəhərində bir neçə Azərbaycan cəmiyyəti fəaliyyət göstərir, Vaşinqton kimi önəmli yerdə təşkilatlanma hələ də yoxdur. Görəsən, bu qədər vəsait nə üçün xərclənib?

Qubad bəy, xaricdə yaşayan azərbaycanlılara üz tutaraq onlara çağırış edib:

— Əziz soydaşlar, 2019-cu ilin dövlət büdcəsinin icrası haqqında qanunda göstərilir ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində, Azərbaycan xalqının tarixi və mədəni irsinin təbliği və digər xalqların diasporları ilə əlaqələr və lobbi quruculuğu ilə bağlı tədbirlər həyata keçirilməsi və dünyanın müxtəlif ölkələrində Azərbaycan Evlərinin saxlanılması məqdədilə 3 milyon 500 000 manat vəsait xərclənib. Bu vəsaiti Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi layihələrin və Komitənin tabeliyində olan Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyələşdirilməsinə yönəldib. Bununla yanaşı, qeyri-dövlət təşkilatlarına verilən maliyyə yardımının da bir hissəsi olmayan diasporta fəaliyyətinin gücləndirilməsinə yönəldilir. Sizlərin bu fəaliyyətlərdən xəbəri varmı? Bu vəsait necə bölüşdürülür və kimlər bundan faydalanır?
Xahiş edirəm, məlumatlı şəxslər şərh bölməsində fikirlərini yazsın.
Mən ABŞ-da hər dəfə ölkəmizin yerləşdiyi coğrafiyanı anlatmaq üçün yerli şəxslərə izahatlar verəndə bir çox hallarda qonşularımızı tanıdıqlarının şahidi olmuşam və məyus olmuşam. Burda olduğum müddətdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin heç bir layihəsinə cəlb olunmamışam, Azərbaycan Diasporuna Dəstək Fondundan yardım istəməmişəm, düşünmüşəm ki, ehtiyac olanlar alsın. Sizə Fonddan dəstək verilibmi? Komitədən layihələr almısınızmı?
Bilən varsa yazsın görək, hazırda xaricdə qalıb vətənə qayıda bilməyən tələbələrə Azərbaycan Diasporuna Dəstək Fondundan vəsait ayrılırmı?
Suallar çox olsa ünvanı birdir. Odur ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi 3 milyon 500 min vəsaitin necə bölüşdürülməsinə dair açıqlama versə, bilərdik ki, bu vəsaitlər hara, necə və kim tərəfindən xərclənib.
Qeyd edək ki, Time TV olaraq, Diaspora Komitəsinin Azərbaycan evlərilə bağlı fəaliyyətini araşdırırıq və keçmiş deputat, hazırda komitədə çalışan və sədrin 1-ci müavini olmaq üçün vəsait toplayan keçmiş deputat Əkrəm Babayevin də fəaliyyətinə diqqət yetirəcəyik.

Time TV

Leave a comment

Related Posts