Aug 10, 2020, 5:33 am
4 Users Online

Azərbaycanın çirkli pulları Latviya siyasətini qarışdırıb

Soyuq Baltik ölkəsində Azərbaycan hakimiyyətinin beş deputata verdiyi isti rüşvət medianın əsas müzakirə mövzusudur

Azərbaycan mediası Riqadan gəlmiş qonaqları Latviyanın rəsmi nümayəndə heyəti kimi ictimaiyyətə təqdim edib

Son illər Azərbaycan adı təəssüf ki, Avropanın müxtəlif ölkələrində ancaq rüşvət qalmaqallarında və çirkli pulların yuyulmasında çəkilir. Almaniya və Belçikada Azərbaycan çirkli pulyuma maşınından rüşvət aldığına görə, bir neçə millət vəkili məsuliyyətə cəlb edilib. İndi isə növbəti qalmaqal Latviyada yaranıb. Bu gün bu soyuq Baltik ölkəsinin əsas saytlarında Azərbaycanda 9 fevral növbədənkənar parlament seçkilərində saxtakarlıqları dəstəkləyən 5 deputat haqqında məqalələr dərc edilib. Baltikyanı ölkələrin əsas və nüfuzlu xəbər saytı eng.lsm.lv və rus.delfi.lv-də dərc edilən məqalələr “”Saxta müşahidəçilər” siyahısından 5 latviyalı deputat aşkarlandı” başlığı ilə təqdim olunub. Məqalədə bildirilir ki, bir müddət əvvəl Azərbaycanda qeyri-demokratik seçkiləri izləyən avropalı müşahidəçilər arasında Latviyanın Yaşıllar və Kəndlilər Birliyindən olan deputatlar da olub. Seymin daha bir üzvü –  Milli Assosiasiyadan olan millət vəkili barədə məlumat bazasında informasiya olmasa da, onun da müşahidəçi qismində Azərbaycana səfər etdiyi aşkarlanıb.

Avropa Demokratik Seçkilər Platformasına (EPDE) görə, qeyri-demokratik seçkilərdə saxta müşahidəçilər beynəlxalq birliyin maraqlarını təmsil etmir. Ancaq seçkiləri keçirən dövlətin səlahiyyətləri onların – yəni, saxta müşahidəçilərin dəstəyilə saxta seçkiləri qanuniləşdirirlər. Ya da proses zamanı qanun pozuntularını və ya seçki saxtakarlığını “ört-basdır edirlər”.

EPDE-yə görə, Latviyada Azərbaycandakı saxta seçkilərdə iştirak edən və ona dəstək verən beş belə yalançı müşahidəçi var: Bunlar hazırda Avropa Parlamentinin deputatı olan Tatyana Jdanok, artıq sabiq Avropa Parlamenti deputatları Andrey Mamykin və Miroslav Mitrofanov, aktivist Alexander Gaponenko və Seym deputatı, Azərbaycan parlamenti ilə əlaqələri stimullaşdıran qrup rəhbərinin müavini Armand Krausedir (Yaşıllar və Kəndlilər Birliyi).
Latviya mediası vurğulayır ki, İlk dördlük Rusiyadakı mübahisəli seçkilərlə bağlı fikirlərinə görə, əvvəldən şübhəlilər qismində siyahıda olublar. Krause bu il fevralın 9-da Azərbaycanda keçirilən seçkilərə çox müsbət qiymət verib.

Krause rəsmi dövlət saytında “Azərbaycanda parlament seçkiləri yüksək demokratik standartlara uyğun keçirildi”  söyləyib. Rəsmi səhifədə bir neçə ölkənin parlament üzvlərinin açıqlamaları var – hamısı Azərbaycan mediasına verdikləri müsahibələrdə son seçki prosesini tərifləyirlər.

Azərbaycandakı parlament seçkiləri zamanı mətbuat konfransında “müşahidəçi” olaraq təqdim olunan Krausenin yanında əyləşən  Seymin başqa bir üzvü millət vəkili əyləşib. O, Azərbaycanla əməkdaşlıq qrupunun üzvü olan Alexander Kirshteinsindir (Milli Assosiasiya) . Alexander əvvəllər Əliyevlər ailəsinin avtoritar rejiminə heyran olduğu üçün EPDE-nin “saxta müşahidəçilər” siyahısına daxil edilməyib. Buna baxmayaraq, bu qış onun şəkilləri Bakıdan, o cümlədən Azərbaycan parlamentindən yayımladı. Eng.lsm.lv saytının bununla bağlı ünvanladığı suallara Krause və Kirshteinsdən səfərin səbəblərini şərh etmələrini istəyib, lakin bu suallara heç bir cavab verməyiblər. 

Latviyanın Seymin aparatından eng.lsm.lv saytına bildirilib ki, bu deputatların fevralda Bakıya etdikləri səfər “şəxsi işgüzar səfər” hesab edilməlidir”. Aparat qeyd edib ki, səfər etmiş iki deputat Latviya parlamentinin rəsmi nümayəndə heyətini təmsil etməyib. Buna baxmayaraq, Azərbaycan dövlət mediasında onları Latviya nümayəndə heyəti kimi təqdim olunub. Seymdən konkret bildirilib: Latviyadan rəsmi müşahidəçi Roman Naudins (Milli Assosiasiya) olub.

Son olaraq, Latviya mediası Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının bəyanatına istinad edərək vurğulayır ki, Azərbaycan seçkiləri demokratiyanın bir çox standartlarına cavab vermir – real rəqabət olmur, iştirakçıların sayına baxmayaraq, bir çox namizədlərə seçkidə iştiraka imkan verilməyib, bundan əlavə səslərin sayılması proseduru seçkinin nəticələrilə bağlı şübhələri artırır.

Latviya mətbuatında dərc olunmuş məqalələrlə linkləri vasitəsilə tanış ola bilərsiniz. 

https://rus.lsm.lv/statja/analitika/analitika/v-spiske-lzhenablyudateley-na-viborah–latviyskie-politiki.a365816/

https://rus.delfi.lv/news/daily/latvia/v-spiske-lzhenablyudatelej-na-vyborah-okazalis-pyatero-latvijskih-politikov.d?id=52276683

TİME TV 

 

Leave a comment

Related Posts