Oct 31, 2020, 7:17 am
5 Users Online

Ramil Usubovun qohumu girov götürülüb

Ülvi İldırımzadənin 250 milyon manat borcu var 

Bir müddət öncə qapadılan “Əmrahbank”ın sahibi Yunis İldırımzadənin oğlu, sabiq daxili işlər naziri, indiki Dövlət Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun qohumu Ülvi İldırımzadə 250 milyon manat borca görə girov götürülüb. Onu girov götürənlər də kifayət qədər yüksək ranqlı şəxslərdir. Onlar Usubov və İldırımzadələrə “Pul çatanda buraxarıq” xəbəri göndəriblər. İldırımzadənin  “Əmrahbank”a görə, ümumi kassaya 250 milyon manat borclandığı bildirilir.
Qeyd edək ki, Ülvi İldırımzadə fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə namizədliyini irəli sürmüşdü. Sonradan təzyiqlərə görə, 1979-cu il təvəllüdlü Ülvi İldırımzadə namizədliyini geri götürdü.
Məlumat üçün bildirək ki, onun atası “Əmrahbank” ASC-nin Müşahidə Şurasının sədri Yunis İldırımzadə, babası isə yazıçı-publisist Əli İldırımzadədir.

2007-ci ildə “Şöhrət” ordeni alan Əli İldırımzadə 1927-ci ildə Qubadlı rayonunda anadan olub. Əli İldırımzadənin oğlu və eyni zamanda Ülvi İldırımzadənin əmisi Yusif İldırımzadə Xətai rayonunun prokuroru vəzifəsində çalışıb. Yusif İldırımzadə eyni zamanda Ramil Usubovun qudasıdır. Yusif İldırımzadənin qızı Ramil Usubovun oğlu, Daxili İşlər Naziriliyinin İstintaq və Təhqiqat idarəsinin rəisi, general-mayor Emil Usubovla evlidir. Ülvi İldırımzadənin digər bir əmisi polkovnik Rasim İldırımzadə Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini, Hava Nəqliyyatında Polis İdarəsinin rəisi olub.

 P.S. Bu məlumat yayılandan sonra hakimiyyətə yaxın saytlar bildiriblər ki, o, bank bağlanandan sonra Dövlət Təhlükəsizlik Xidmətinin apardığı yoxlamalar nəticəsində saxlanılıb.

İstintaqın təqdimatı ilə Səbail Rayon Məhkəməsi tərəfindən Ü. İldırımzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Time TV

Leave a comment

Related Posts