Oct 20, 2020, 5:36 am
6 Users Online

Azərbaycanda xəstəxana korrupsiyası

44 min xəstə çarpayısı olan ölkədə, 4-5 min virusa yoluxmuş xəstəyə yer “çatmır” 

 

Koronavirusa yoluxmuş Azərbaycan sakinlərinin xəstəxanalara qəbulu və müalicəsi çətinləşir. Xəstəxanalar onları qəbul etməkdən imtina edir. Bəs Azərbaycanda nə qədər xəstəxana və xəstə qəbul etmək üçün neçə yer var? İqtisadçı alim, professor Qubad İbadoğlunun şərhini təqdim edirik: 

Qubad İbadoğlu - iqtisadçı alim, professor
Qubad İbadoğlu – iqtisadçı alim, professor

– Azərbaycanda 563 xəstəxana və 44 min çarpayı vardır. Koronavirusa yoluxub xəstəxanada müalicə alanların sayı isə 8031 nəfərdir. Bəs onda niyə xəstəxanalarda yer çatışmır?

Açıqlanan rəsmi məlumatlarda bu günə qədər 8031 nəfər koronavirusa yoluxanların 30 ixtisaslaşdırlmış xəstəxanada müalicə olunduğu bildirilir. Rəsmi statistik məlumatlara görə, Azərbaycanda 563 xəstəxana vardır. Baxmayaraq ki, yanvarın 22-də İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında çıxışında bildirmişdir ki, “biz 16 min kilometr yol, 3 mindən çox məktəb və 700 xəstəxana inşa etmişik”. Göründüyü kimi bu da inkişaf nağılları silsiləsindən olan açıqlamadır. Belə ki, ölkədə fəaliyyət göstərən xəstərxanaların sayı 563 olduğu halda İlham Əliyev onun idarəçilyi dövründə 700-dən artıq xəstəxana tikildiyini bildirir. Rəsmi statistika göstərir ki, 2003-cü ildə 738 xəstəxana fəaliyyət göstərib. Burda deyirlər ki, yaxşı, toyuq yumurtlamadı, bəs falı hanı?
Yenə də mövcud 563 xəstəxana ilə yanaşı son 3 ayda əlavə olaraq 5 modul tipli xəstəxana tikilib və orda da 500 çarpayı yerləşdirilib. Onda problem nədədir, niyə çarpayı sayı çatışmır. Rəsmi statistika məlumat verir ki, ölkə üzrə xəstəxanalarda 44 min çarpayı var. Bu rəqəm koronavirus infeksiyasına yoluxub hazırda müalicə alanların sayından 5 dəfə çoxdur. Onda narahatçılıq nədədir? Məsələ burasındadır ki, xəstəxanaların sayı kimi çarpayıların da sayı şişirdilib. Çünki xəstəxanalara ayrılan vəsaitlər çarpayı sayına görə hesablanır. Odur ki, xəstəxanalar da çarpayıların sayını şişirdir ki, büdcədən daha çox vəsait alsın. Büdcədən ayrılan vəsaitə gəlincə, ötən il səhiyyə xərcləri 873,6 milyon manat olub, bu il üçün isə büdcədən səhiyyəyə 1 milyard 369 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu. Kəskin artım icbari sığortanın bu il gözlənilən tətbiqi ilə əlaqədar idi.
Deməli xəstəxana da var, pul da var, bəs onda çatışmayan nədir? Deyirlər ki, həkimlər və tibbi bacıları azdır. Rəsmi statistikaya inansaq, 2020-ci il ilin yanvarın 1-ə ölkədə 32,5 min həkim və 37630 nəfər tibbi vardır. Tibbi bacıları da daxil olmaqla səhiyyə işçilərinin sayı (həkimlərsiz) 54048 nəfərdir. Deməli, həkimlərin və səhiyyə işçilərinin sayı da yetərlidir. Bəs onda problem nədədir? Göründüyü kimi, resurlsarın idarəedilməsində və səhiyyə sistemində mövcud olan korrupsiyada. Buna məsul olan səhiyyə nazirinin görünür ki, başı başqa şeylərə qarışıbdır.

 

Time TV

Leave a comment

Related Posts