Oct 31, 2020, 7:21 am
9 Users Online

Rövnəq Abdullayevin meyit alveri

SOCAR rəhbəri Azərbaycan neftindən gələn pulları mənimsəməyi azmış kimi, klinika açıb insanların ölüsündən də pul qazanır

Bu günlərdə Bakıda «Bona Dea» adlı klinikada 23 yaşında xərçəng xəstəliyindən vəfat etmiş gənc qızın meyitini ailəsinə vermək üçün əlavə 8 min manat tələb edirdilər ki, müalicə aparılıb və bu pulu verməsəniz meyiti də vermirik.
Belə ki, klinika xərçəng xəstəsinin müalicəsi üçün ümumi olaraq 38 min manat tələb etmişdi. Xəstənin yaxınları 30 min manatı ödədikdən sonra məlum olmuşdu ki, xəstə əslində çoxdan vəfat edib. Sadəcə, həkimlər 38 mini son qəpiyinə qədər almaq üçün bu cür fırıldağa əl atıblar. Xəstə yaxınları da mövzudan xəbər tutduqdan sonra 8 mini ödəməkdən imtina etmişdilər. Xəstənin anası Əsgərova Elnurə 1-ci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək ondan yardım istəmişdi.

Əsgərova Elnurə - mərhumun anası
Əsgərova Elnurə – mərhumun anası

Eyni zamanda bu mövzu sosial şəbəkələrdə trend xəbərə çevrildi, çünki çox anlaşılmaz məsələ idi. Sosial şəbəkədə uzun müzakirələrdən sonra nəhayət ki, klinika cənazəni verməyə razı oldu. Həkimlər isə bildirdilər ki, bu məsələdə onlarda günah yoxdu. Onlara bu barədə klinika sahibi göstəriş verib. Bəs klinikanın sahibi kimdir?
Qeyd etdiyimiz kimi, həmin klinika tibb müəssisəsidir və onun sahibi haqqında hər hansı xəbər verilmədi. Bizcə, Azərbaycan reallığında bu təbii sayılmalıdır: Azərbaycanda oliqarxların biznesi haqqında məlumat almaq və yaymaq ölkə daxilində çox çətin məsələdir. Biz klinikanın sahibi barədə araşdırma apardıq. Aldığımız məlumata görə, meyit üçün pul tələb edən həmin klinikanın Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə məxsusdur. Bu xəbər bizə inandırıcı gəlir. Ona görə ki, klinikanın açılışı təmtəraqlı keçmişdi. Hətta Azərbaycan prezidenti də iştirak etmişdi.

27.03.2018- Klinikanın açılışı
27.03.2018- Klinikanın açılışı

 

Təbii ki, İlham Əliyev sıradan bir iş adamına məxsus olan müəssisəsinin açılışında iştirak etməz. Prezident 2018-ci il martın 27-sində “Bona Dea”nın açılışında iştirak edib, nitq söyləyib, şəraitlə tanış olub. 
Bu da onu deməyə əsas verir ki, ölkənin əsas təbii sərvəti olan neftdən əldə edilən külli miqdarda pulları mənimsəməklə kifayətlənməyən SOCAR prezidenti sadə əhalinin ölüsündən belə pul qazanmaqdan utanmır. 

Time TV

Leave a comment

Related Posts