Oct 20, 2020, 5:11 am
4 Users Online

Əli İnsanov ciddi rəqibə çevrilir

  1. Hətta Yeni Azərbaycan Partiyasının toplantı keçirmədiyi koronavirus karantini zamanı Əli İnsanov ardıcıl olaraq təşkilatlanmaya üstünlük verir 
Keçmiş səhiyyə naziri həbsdən çıxdıqdan sonra onun siyasi partiya yaratmaq istəyi müəyyən şəxslər tərəfindən istehza ilə qarşılandı. Hətta bəziləri bu qurumun keçmiş YAP-çıların partiyası olacağını düşünürdülər. Lakin bütün gözlənilənlərin əksinə olaraq, Əli İnsanov bu çətin dönəmdə ətrafına müxtəlif sosial və ictimai çevrələri təmsil edən şəxsləri yığmağa bacardı və bu iş indi də davam edir. Maraqlı budur ki, İnsanov iclasların gündəliyinə qədər açıq şəkildə sosial şəbəkədə yayımlayır. Olsun ki, bu gündəlik sadə vətəndaş üçün bir o qədər də diqqətçəkici gəlməsin. Lakin məlumdur ki, hakimiyyət Əli İnsanovun nəinki sosial şəbəkə fəaliyyətini, evini belə 5 gözlə izləyir və onu nəzarətdə saxlamağa çalışırlar. İnsanov isə bütün baş verənlərin fonunda partiya quruculuğuna ciddi olaraq davam edir. İnsanovun bu partiya quruculuğu qeyd etdiyimiz kimi, hakimiyyəti ciddi şəkildə narahat edir. Doğrudur, İnsanovun partiyasında bütün regionlardan şəxslər var. Lakin hər kəsə bəllidir ki, onun Qərbi Azərbaycan bölgəsindən olanlar arasında daha böyük nüfuzu var, sözü eşidilir.
Məhz buna görədir ki, Ağdamın Xıdırlı kəndinə gedib çata bilməyən Azərbaycan iqtidarı indi İrəvan Respublikası qurur, Qayıdış adlı təşkilatı gücləndirib Qərbi Azərbaycandan olanları məşğul etmək üçün müxtəlif planlar cızır. İnsanov isə bütün bunlara baxmayaraq, fəaliyyətini davam etdirir. İclas keçirib partiya rəhbərliyində səlahiyyət bölgüsü edir. Məsələn, 1 gün öncə keçirilən iclasda özü məruzə ilə çıxış edib ölkədəki son durum barədə məlumat verib. Partiya sədrinə müşavirlərin təyin olunmasının vacibliyinə toxunub. Keçmiş hərakatçı,  HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədli, sədrin birinci müavini, polkovnik İsa Sadıqov. İdarə Heyətinin üzvü Rəşad Abbaslı çıxış edib və partiyada səlahiyyət bölgüləri olunub. Bundan sonra Əli İnsanov sədr kimi ümumi məsələlərə rəhbərlik edəcək. Zəlimxan Məmmədli HƏP-də Azərbaycandakı siyasi partiyalar və qurumlarla əməkdaşlıq, işbirliyi üçün danışıqların aparacaq. İsa Sadıqov Avropadakı siyasi partiyalarla, beynəlxalq təşkilatlarla, hüquq müdafiə təşkilatları, parlament üzvləri ilə, ayrı-ayrı siyasətçilərlə, Avropa Birliyi, Avropa Şurası, ATƏT, NATO və digər təşkilatlarla danışıqlar aparacaq və Avropada partiyanın yaratdığı nümayəndə heyətinə rəhbərlik edəcək. Keçmiş səfir İsfəndiyar Vahabzad Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin nümayəndəliklərlə əlaqələr yaradacaq. Qüdrət Quliyev HƏP sədrinin müavini kimi ABŞ-dakı işlərə koordinatorluq  edəcək.  Zəminə Dünyamalıyeva isə HƏP sədrinin müavini kimi humanitar sahələrlə məşğul olacaq. 
Ən maraqlısı odur ki, partiya müxalif partiyalarla yanaşı, Yeni Azərbaycan Partiyasına da müraciət və təkliflər paketi təqdim etməyi planlaşdırır.
HƏP sədrinin yeni müşaviri Quliyeva Nuridə elmlər doktoru və Elmlər Akademiyasının sabiq əməkdaşıdır. İsveçrə Konfederasiyasında yaşayan və dünyanın ünlü şirkətlərindən biri olan İBM şirkətinin informasiya bazası üzrə mühəndisi olaraq çalışan Fuad Agayev partiya sədrinin informasiya və təbliğat üzrə müşaviri vəzifəsinə təyin olunub.
Bütün bu təyinatlar və fəaliyyət isə İnsanovun qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün kifayət qədər qərarlı olduğunu təsdiqləyir. 
Time TV

Leave a comment

Related Posts