Oct 30, 2020, 12:59 pm
3 Users Online

Ramin Quluzadədən Azərbaycana böyük xəyanət

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Azərbaycanın tezliklərini Ermənistana satıb 

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu günlərdə Ermənistanla ciddi və Azərbaycanın dövlət maraqlarına zidd bir razılaşma edib. Belə ki, iki ölkə arasında sərhəd zolağındakı 134 radio tezlikləri Ermənistana verilib və bununla bağlı müvaqilə Azərbaycan dövləti adından imzalanıb. Bu tezliklər Azərbaycanın işğal olunmuş bölgələrinə aiddir və həmin torpaqlar de yure – yəni, hüquqi olaraq Azərbaycan ərazisi sayıldığından tezliklər Azərbaycan istifadəsində qalmalıdır. Eyni zamanda Dağlıq Qarabağdakı seperatçı rejimin istifadə etdiyi dalğalarla bağlı da heç bir iddia qaldırılmayıb. Yəni, həmin dalğalar faktiki olaraq Dağlıq Qarabağdakı mövcud seperatçı rejimə verilib.

Bu da o deməkdir ki, Azərbaycan faktiki olaraq işğalçıya Azərbaycana məxsus 134 tezliyi bağışlayıb. Xudafərin elektrik su anbarının inşasına və Araz çayı üzərindən İrandan işğalda olan Cəbrayıla körpü çəkilişinə icazə veriləndən sonra tezliklərin də Ermənistana, Dağlıq Qarabağdakı seperatçı rejimə bağışlanması Azərbaycan məmurlarının xəyanət içərisində olduğunu təsdiqləyir. Bu dəfə xəyanət növbəsi Ramin Quluzadənin idi. Onun Azərbaycana məxsus tezlikləri neçəyə satdığı isə yəqin ki, bir gün ortaya çıxacaq.

Time TV

Leave a comment

Related Posts