Oct 31, 2020, 7:43 am
5 Users Online

Prezident Aparatının cadugərləri varmış

Onlar qara maqiya ilə məşğul olur, ölkə rəhbərliyinə qərarlarında təsir edirlər

Öncə ondan başlayaq ki, 1-ci vitse- prezidentin protokol xidmətində Eldar Rzayev adlı bir nəfər işləyir. O, protokol xidmətinin rəis müavinidir. Bu fəaliyyət sahəsi onun üçün yeni deyil. Əvvəllər Gənclər və İdman Nazirliyində işləyib, daha sonra Xarici İşlər Nazirliyində protokol xidmətinə işə götürülüb və o zamandan indiyə qədər müxtəlif protokol xidmətlərində, o çümlədən arada hətta prezidentin protokol xidmətində işləyib. Niyə, Eldar Rzayev diqqətimizi cəlb edir ? Bu barədə bir qədər sonra…

Eldar Rzayev
Eldar Rzayev

Sosial şəbəkələrdə bir məlumat yayılıb və bu məlumatların yayılmasında Natiq Adilovun müstəsna xidmətləri olub. Bu, Azərbaycanda dövlət məmurlarına ekstrasens xidməti göstərmiş bir nəfərin söylədikləri idi. Elman Əliyev adlı «elitar» ekstaresens Azərbaycandan qaçaraq Fransaya sığınıb və açıqlamalar verməyə başlayıb.

Elman Əliyev
Elman Əliyev


Həmin açıqlamalarda Azərbaycanın yüksək rütbəli dövlət məmurlarının ekstrasens öncə görmələrinə, bəxt bağlamaq, bəxt açmaq kimi maqiya xidmətlərinə nə qədər aludə olduğuna dair konkret faktlar göstərilirdi.

Daha sonra Dövlət Sərhəd Xidmətində ekstrasenslərə hərbi rütbə verib onların dövlət qulluğuna götürülməsi ilə bağlı təkzibedilməz faktlar aşkara çıxdı. Belə görünür ki, Azərbaycanın inzibati elitası başdan- ayağa qədər falçıların, ekstrasenslərin xidmətindən gen-bol istifadə edir və o çevrələrdə bu xidmətdən yararlanmaq adi vəzifə artikulları sırasında qəbul edilir. Yəni, hamı istifadə edir.
Amma sən demə, bu «hamı»nın arasında şəxsən İlham Əliyevin özü də varmış və bu məsələ ilə birinci vitse- prezidentin protokol xidmətinin rəis müavini Eldar Rzayev şəxsən məşğul imiş. Həm də belə görünür ki, daha peşəkar səviyyədə. Eldar Rzayev birinci vitse- prezidentin göstərişi ilə hakim ailənin parapsixologiya xidməti ilə təmin edilməsi üçün ayrılıb. Onun funksiyasına yalnız birinci vitse-prezidentin deyil, eləcə də prezidentin oğlu Heydər Əliyevin və prezident İlham Əliyevin özünün də ekstrasensual servisini təşkil etmək daxildir.
Bu servisə bir neçə «peşəkar» ekstrasens daxildir, onlara ümumi texniki rəhbərliyi isə İsraildən gətirilən bir qadın cadugər həyata keçirir. Həmin İsrailli xanımın parapsixologiya və ekstrasensual xidmətlər paketinə əsəbləri tənzimləyən müxtəlif bitki çaylarından tutmuş müxtəlif fiziki və psixoloji testlər də daxildir.
Timetv-yə daxil olan məlumatda bildirilir ki, hakim ailənin parapsixoloji servis ehtiyaclarını təmin edən qadının İlham Əliyev üzərində təsiri olduqca böyükdür və cənab Əliyevin müxtəlif tədbirlərdə etdiyi çıxışların arasına bəzən anlaşılmaz görünən, rabitəsiz və qeyri- adekvat kimi dəyərləndirilən mülahizələrin yer alması da həmin ekstrasenslərin təkliflərinə əsasən daxil edilir.
Prezident Administrasiyasında belə fikirlər dolaşır ki, bütün bunlar prezidentin nüfuzdan salınması üçün məqsədli tədbirlər də ola bilər, eyni zamanda birinci xanımın özünün mövhumata həddən artıq aludəçiliyinin də nəticəsi sayıla bilər.

Time TV

Leave a comment

Related Posts