Oct 30, 2020, 2:11 pm
6 Users Online

165 hektarlıq «təfərrüat»

Elçin Quliyevin bağ evi kimi təqdim olunan “Xəritə bağ” əslində kimə məxsusdur?

Novxanıdakı 165 hektarlıq bağ evi əslində rəsmən Elçin Quliyevə məxsus deyil, sənədlərdə DSX-nın balansında olan obyekt kimi qeyd edilir. Amma əlbəttə, prosesin mahiyyətində müdhiş bir korrupsiya dayanır. Nədən ibarətdir bu korrupsiya ?
Sözügedən ərazi 2001- ci ildə götürülüb və DSX bu ərazi üçün bələdiyyənin fonduna bu vaxta qədər cəmi 3700 manat vəsait köçürüb. Vəssəlam. Bundan başqa həmin ərazi üçün rəsmən heç bir vəsait xərclənməyib. Amma ərazi götürülüb, o boyda işlər görülüb.
Elçin Quliyev DSX rəhbəri təyin ediləndən az sonra başlanmış bu işlərin adı «Dövlət Sərhəd Qoşunlarının zabitləri üçün istirahət kompleksinin tikintisi» adlandırılıb. Layihə üzrə işlər olduqca ləng, epizodik aparılıb və yalnız İlham Əliyev prezident olmağa başlayandan sonra Elçin Quliyev bu layihə barədə ona məlumat verib. İlham Əliyevin də reaksiyası belə olub ki, tikin, amma bu məqsədlə dövlət vəsaiti ayrılmayacaq. Yəni, qara pullarla istirahət kompleksinin tikintisinə faktiki olaraq, özü icazə verib.

Bundan sonra işlər daha sürətlə görülməyə başlayıb. Ərazidə tikinti işlərinə rəhbərlik Mustafayev adlı bir iş icraçısına- mühəndisə tapşırılıb. Bu iş icraçısına da əmək haqqı vermək üçün onu DSX-da işə götürüblər qısa müddət ərzində kapitan rütbəsinə qədər yüksəldiblər. İndi həmin şəxs Dövlət Sərhəd Xidmətinin polkovniki rütbəsi ilə DSX Tikinti İdarəsində baş mühəndis ştatındadır.
165 hektarlıq bu ərazidə aparılan bütün işlər qara pullarla görülüb. Amma təkrar olaraq bildiririk ki, bütün bu işlər İlham Əliyevlə razılaşdırılıb. Hətta tikinti işləri əsasən başa çatandan sonra Elçin Quliyev İlham Əliyevə təklif edib ki, bu bağ kompleksini o prezident ailəsi üçün başa gətirib. İlham Əliyev isə nə «hə», nə də «yox» deyib. Bu bağda Ramiz Mehdiyev və Fuad Ələsgərov kimi yüksək ranqlı dövlət xadimləri və əlbəttə, başqaları da dəfələrlə olublar, orda istirahət ediblər və onların da hamısının məlumatı olub ki, sənədlərdə DSX-nın kompleksi kimi qeydə alınan bu kompleks əslində korrupsiya pulları hesabına tikilib.
Nəyə görəsə DSX-dakı yoxlamalardan, orda bir sıra vəzifəli şəxslərin istintaqa cəlb edilməsindən, o cümlədən Əfqan Nağıyev adlı generalın da həbs edilməsindən sonra bu bağ kompleksi barədə məlumat ictimailəşdi.

Əlbəttə, DSX çox sərt şəkildə gündəmə gəlmişdi və bu xidmətlə bağlı bütün informasiyalar cəlbedici idi. Prinsipcə də Dövlət Sərhəd Xidməti korrupsiya əməliyyatlarının kəmiyyətinə və tutumuna görə, məsələn, Gömrük Komitəsi ilə müqayisə edilə biləcək bir dövlət «obyekti»dir.  Bu «obyekt»lə bağlı hansı xəbərlər olsa, ağlabatan sayılır. Amma bağ sahəsi barədə xəbərlər yayılnadan sonra Dövlət Təhlükəsizlik Xidmətində DSX ilə bağlı aparılan istintaq- yoxlama işlərində səngimə baş verir. DSX-da qara pul axınlarının bir istiqaməti kimi bu kompleksin tikintisi göstərilir, bu tikinti barədə prezidentin və başqa dövlət rəhbərlərinin məlumatlı olduğu eyhamla DTX rəhbərlərinə çatdırılır. Əgər, korrupsiya pullarının bir hissəsi bu istiqamət üzrə xərclənirsə, demək qalan pulların da necə xərclənə biləcəyi barədə buna bənzər çoxlu ehtimallar quraşdırmaq mümkündür.

Məsələn, Elçin Quliyevin 5 kilometrlik Azərbaycan bayrağı avanterasında olduğu kimi. Bu bayrağın hazırlanması üçün də DSX rəsmən bircə qəpik də xərcləməyib. Bayrağın sufariş verildiyi sexlər öz pullarını ala bilmədikləri üçün Elçin Qulıiyevə xəbərdarlıq ediblər ki, əgər hazır məhsulun pulu verilməsə, onlar bu barədə prezidentə şikayət edəcəklər və məlumatı mətbuata ötürəcəklər. Bundan sonra narahat olan Elçin Quliyev DSX-nın qara kassasının nəzarətçisi Cavid Abdullayevə pulun ödənilməsi ilə bağlı göstəriş verib.
Bütün dövlət idarələri bu kökdədir, zatən. Üstəlik, Elçin Quliyev bu yaxınlarda həbs edilmiş general Əfqan Qulievin anası ilə görüşüb və qadını əmin edib ki, onunla bağlı işlər təhlükəli deyil, Əfqan Quliyev azad ediləcək və onun fəaliyyətində ciddi qanun pozuntuları yoxdur.
Ümumiyyətlə isə Elçin Quliyev İlham Əliyevin zəif damarının pul və əmlak hərisliyi olduğunu bildiyi üçün bu zamana qədər ona çoxlu belə ərazilər də peşkəş edib. Yəni, general Quliyev müxtəlif yerlərdə dəyər- dəyməzinə torpaq sahələri alır, hasarlayır, xüsusi sort meyvə, üzüm-filan bağları salır, əlavə olaraq əla zövqlə xudmani villalar tikərək prezident ailəsinin «fond»una bağışlayır. Ən azı, Qəbələdə və Xudat tərəflərdə hər biri 25-30 hektar olmaqla belə nümunəvi bağlar salaraq prezidentə hədiyyə edib.
Bu dəfə isə DSX rəisi bir qədər pis ilişib, söhbət ən azı 2 milyardlıq mənimsəmədən gedir və buna görə də 165 hektarlıq bağ qalmaqalı korrupsiya pullarının mənşəyini izah edə bilmək üçün babat fürsət yaradıb. Buna görə də DSX-ya yaxın olan mənbələr bildirirlər ki, böyük ehtimalla 165 hektarlıq bağın Elçin Quliyevə məxsus olduğu barədə xəbəri elə Elçin Quliyevin özü mətbuata sızdırıb.
Sözü gedən 165 hektarlıq bağ kompeksi rəsmən DSX-nın mülki kimi təqdim edilsə də, maliyyə sənədləri olmadığından, yəni, tikintinin maliyyələşdirilmə qaynaqları rəsmi olmadığına görə, Elçin Quliyev həmin bağı şəxsi mülkü kimi idarə edib. «Ya xan ölər, ya eşşək» məntiqi belə işləyib ki, günün birində bu kompleks elə onun özünün də ola bilər.

 

Azərbaycan xəritəsi olan bağ kimindir?

Sosial şəbəkələrdə Azərbaycan xəritəsinin kiçik bir baxça kimi qazıldığı məşhur Şüvəlan bağının da görüntüləri yayılıb. Bu bağ isə Bəylər Əyyubovun qardaşı Nəbi Əyubovun oğlu Ruslan Əyyubova məxsusdur. Bu bağ rəsmi sənədlərdə onun həyat yoldaşı Esmira Əyyubovanın adınadır.

Timetv.live

Leave a comment

Related Posts