Jul 8, 2020, 3:22 am
6 Users Online

Azərbaycanlılar Avropaya vizasız gedib-gələ bilər

Amma bu, Azərbaycan hökumətinin Şərq Tərəfdaşlıq Proqramına qoşulması və bütün şərtləri yerinə yetirməsindən sonra olacaq

Avropa Birliyi ilə Azərbaycan arasında vizasız gediş-gəliş yaratmaq üçün real imkanlar var. Lakin buna ən çox mane olan Azərbaycan tərəfidir. Avropa Birliyinin səlahiyyətlilərinin açıqlmalarından bu qənaətə gəlmək mümkündür.
Avropa İttifaqı rəsmisi Oliver Varhelyi birliyin Azərbaycanla vizaların liberallaşdırılması məsələsinə baxmağa hazır olduğunu bu günkü video konfransda söyləyib.

Oliver Varhely
Oliver Varhelyi

Belə ki,  Avropa Birliyinin qonşuluq siyasəti və genişləndirmə danışıqları üzrə komissarı Olivér Várhelyi bildirib ki, Avropa Birliyi Azərbaycanla vizaların liberallaşdırılması məsələsinə baxmağa hazırdır.  SchengenVisaInfo.com saytı xəbər verir ki, Oliver Varhelyi bu sözləri Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin videokonfransından sonra keçirilən mətbuat konfransı zamanı söyləyib. Komissar deyib ki, Avropa Birliyinə Şərq Tərəfdaşlarının, o cümlədən Azərbaycanın vizasız gediş-gəliş tələbinə tezliklə baxıla bilər. 

Oliver Varhelyi: “Düşünürəm ki, meyarlarımız və şərtlərimiz yaxşı bilinir. Əlbəttə,  belə bir istəklə bizə müraciət olunarsa, məşğul olacağıq” deyib. 

Onun sözlərinə görə, Avropa üçün Şərq Tərəfdaşlığı əsas prioritetlərdən biridir və AB üçün əsas prioritet olaraq da qalacaq.

Avropa Birliyi nümayəndəsi Xosep Borell də komissar Várhelyi ilə birlikdə bu məsələlərə toxunub: “Bu gün biz Şərq Tərəfdaşlarımıza açıq bir mesajı çatdırdıq ki, çətin vaxtlarda da, əsasən də, indiki kimi çətin məqamlarda bizə arxalana biləcəksiniz, biz sizin yanınızdayıq və sizi dəstəkləyirik. Ancaq eyni zamanda gələcəyə birlikdə baxmalı, bu əlaqəni və gələcək tərəfdaşlığın inkişaf etdirilən nəticələrini ən yaxşı şəkildə necə formalaşdıracağımızı düşünməliyik”.

Video konfransın əsas məqsədi Coronavirus pandemiyası, Avropa Birliyinin Şərq Tərəfdaşlığı (EaP) bölgəsində baş vermiş hadisənin təsirini azaltmağa kömək etmək üçün lazım olan dəstəyi müzakirə etmək idi.

Borellin sözlərinə görə, AB Şərq Tərəfdaşları ilə yan-yana olub və COVID-19-dan sonra əlaqələrin tam bərpası yolunda hər addımı atmağa hazırdır. Borell Şərq Tərəfdaşlığının bir müvəffəqiyyət hekayəsi olduğunu söyləyib: “Bu uğur hekayəsinin bütün vətəndaşlarımızın xeyrinə davam etməsini istəyirik. Bu, 11 illik uğurlu siyasətdir, lakin hələ görüləsi çox iş və birlikdə əldə edə biləcəyimiz çox şey var. “

TİME TV

Leave a comment

Related Posts