Jul 8, 2020, 3:27 am
7 Users Online

SOCAR-ın yeni Malta qalmaqalı

Azərbaycanın neft dəllalları bu Cənubi Avropa ölkəsində çirkli pulları yumaqdan əl çəkmirlər

Maltada “Enemalta” dövlət şirkətinin minimum iki azərbaycanlı biznesmenin yardımı sayəsində vəsaitlərin bir hissəsinin yuyulması ilə Mozurada (Monteneqro) külək elektrik stansiyasının yaradılması layihəsinə daxil olması ilə bağlı yeni korrupsiya qalmaqalı vüsət alır.

Ümumi gücü 46 MVt (23 turbin) olan “MaltaMontenegroWindPower”in  rəsmi açılışı 2019-cu ilin noyabrında Monteneqronun energetika naziri Dragika Sekuliç və Maltanın energetika və su təchizatı naziri Co Mizzinin iştirakı ilə olub.
Sonuncu bir neçə ay sonra Maltada SOCAR (33%), Siemens (33%) və Maltanın iki şirkətinin iştirakı ilə  “ElectroGasMalta” layihəsinin “Enemalta” tərəfindən reallaşması zamanı pulların yuyulması faktlarının araşdırılmasına görə öz postundan məhrum olub.

Qeyd edək ki, Monteneqroda külək elektrik stansiyası layihəsi öncə İspaniyanın “FersaRenovables” şirkəti (tenderin qalibi) tərəfindən reallaşdırılmalı idi. O, səylərini İspaniyadan digər tərəfdaşı “AudaxRenovables” ilə birləşdirməyi qərara alımışdı. Lakin 2014-cü ildə bu İspaniya şirkətləri onlar üçün strateji əhəmiyyət  daşımayan layihədən çıxmaq niyyətlərini açıqlayıblar və əlaqədar tərəflərlə danışıqları barədə bilgi veriblər.  “Fersa”nın 2015-ci il üçün hesabatlılıq üzrə rəsmi sənədlərində (Turan İA araşdırıb) qeyd olunub ki, “FersaEnergiasRenovables Monteneqroda enerji layihəsində öz törəmə şirkətini Seyşel adalarında qeydiyyatdan keçmiş “CifidexLtd” şirkətinə (“VestigoCapital” şirkətinin törəməsi) 2,9 milyon avroya satmağa razılıq verib”.

Daha sonra “Cifidex” bu səhmləri Maltanın “Enemalta” şirkətinə satıb, həm də 10,3 mln. avroya. Nəticədə Mozura külək elektrik stansiyası Maltanın “Enemalta” və Çinin “Şanxay elektrik enerjisi şirkəti” konsorsiumu tərəfindən inşa edilib, 20 il ərzində onlar tərəfindən istismar olunmalıdır. Bundan sonra Monteneqronun mülkiyyəti olacaq. Monteneqro hökuməti fəaliyyətin ilk 12 ilində stimul şəklində 95,99 avro / MVtç və 115 milyon avro məbləğində sabit elektrik enerjisi qiymətini təmin etməyi öhdəsinə götürmüb. Külək parkı ildə 112 HVts elektrik enerjisi istehsal etməlidir.

KES-in nazasında bu stansiya Monteneqroda gücünə görə ikincidir.  Layihənin ideyası əladır, amma onun həyata keçirilməsində Malta tərəfindən pulların yuyulması sxemi aşkar edilib.

Britaniyanın “Reuters” agentliyi və “TimesofMalta” nəşrinin 19 iyun 2020-ci il tarixində açıqladığı birgə araşdırmanın əsasında müəyyən edilib ki, 2015-ci ilin noyabrında “Cifidex” “17 Black” şirkətindən sövdələşmə üçün lazım olan 2,9 milyon avro alıb (həmin dövrdə və 2019-cu ilin dekabrına qədər şirkətə Yorgen Fenek ona rəhbərlik edib. O, Maltada jurnalistin öldürülməsinə və pulların yuyulmasına bağlılıqda ittiham olunaraq istintaq altındadır və həbsxanada məhkəməni gözləyir).

“Cifidex” səhmləri “Enemalta”ya satdıqdan sonra o “17 Black” şirkətinə borcunu ödəyib və yarım il ərzində daha 4,6-4,8 milyon avro “mənfəət payı” (güman etmək lazımdır  ki, “Enemalta”nın hesabına) əlavə edib, – “Reuters”ə bir neçə mənbə bildirib.

Azərbaycanlı biznesmenlərin rolu 

“Reuters” səlahiyyətli mənbəyə istinadən yazır ki, “Cifidex” SOCAR Trading-da LNG və biznesin inkişafı məsələrinə cavabdeh olan Turab Musayevə məxsusdur. O, “ElectroGasMalta”nın rəhbərləri sırasına daxil olub və “17 Black” şirkətinin sahibi Fenekin işgüzar tərəfdaşı olub.

Turab Musayev Britaniya pasportuna malikdir. T.Musayevin maraqlarını təmsil edən Britaniyanın “AtkinsThomson” hüquq firması bildirib ki, onun Feneklə əlaqələrin qarşısını almaq üçün heç bir əsası olmayıb.

“Bizim müştərimiz Turab Musayevin heç nədən xəbəri olmayıb, heç bir şeydən şübhələnməyib və cənab Fenekin (Maltada) cinayətkarlıqda əli olmasını güman etmək üçün heç bir əsası olmayıb və Mozura külək stansiyasından başqa Fenek ilə heç bir əlaqəsi olmayıb”,- hüquq firmasının məlumatında deyilir.

 

“Reuters” Monteneqroda layihədə iştirakına aydınlıq gətirməsi üçün Fenekə müraciət edib, amma cənab Fenek imtina edib. Britaniya Agentliyinin  SOCAR Trading-ə sorğusuna cavab olaraq Azərbaycan Dövlət Neft Şirkətinin bu “törəmə”si bildirib ki, Monteneqroda Mozura layihəsinin maliyyələşdirilməsi sxeminə heç bir aidiyyatı yoxdur, “17 Black” haqda heç bir şey bilmir.

“Musayev bizim tərəfimizdən işə məsləhətçi kimi götürülüb və bu da öz növbəsində ona SOCAR Trading-də öz vəzifəsi xaricində biznes aparmağa imkan verib”.

SOCAR təsdiqləyib ki, T.Musayev Yorgen Fenekin də çalışdığı “ElectroGasMalta” konsorsiumunun direktoru olub. “Reuters” həm Mizzi, həm də Maltanın keçmiş baş naziri Cozef Muskata sorğu göndərib və onlar cavab veriblər ki, Monteneqroda enerji layihəsinin “17 Black” və Fenek ilə əlaqələrindən xəbərsiz olublar.
İspaniyanın informasiya mənbələri tərəfindən “Cifidex” üçün “ana şirkət” adlandırılan “VestigoCapital” şirkətinə gəlincə, Turan aydınlaşdıra bilib ki, onu 2014-cü ildə azərbaycanlı biznesmen, 39 yaşlı Natiq R.Qəniyev (o da Britaniya pasportuna malikdir) təsis edib. Bununla yanaşı 2016-cı ildə cənab Qəniyev hətta “MaltaMontenegroWindPower” konsorsiumunun direktoru olmağa da imkan tapıb. Sonra o, layihəni və “VestigoCapital”ı tərk edib və 2017-ci ildən 83,3% payla (dəyərin qiymətləndirilməsi  $312,6 mln.) “AccentroRealEstate” AG (Almaniyada daşınmaz əmlak) Direktorlar Şurasının üzvüdür. Qəniyev həmçinin “BrooklineCapital GP Ltd”də iş təcrübəsinə malik olub, “PrudentialSecurities”də analitik olub.

Cənab Qəniyev Harvard Biznes Məktəbində MBA dərəcəsi alıb. Lakin bu azərbaycanlı biznesmen ofşorlarda qeydiyyatdan keçmiş və fəaliyyətləri şübhə doğuran çoxsaylı şirkətlərlə bağlı “ParadisePapers” qlobal jurnalist araşdırması çərçivəsində Almaniyanın “SüddeutscheZeitung” qəzetinin “qələminə tuş gəlib”.

Qeyd edək ki, iyunun 22-də Malta parlamentinin binası qarşısında jurnalistlərin etiraz aksiyası – COVİD-19 pandemiyası dövründə Maltada ilk böyük antikorrupsiya etirazı keçiriləcək.

KİV “Enemalta”nın fəaliyyəti ilə bağlı “Avropol” və Malta polisinin iştirakı ilə birgə araşdırmaya başlanmasını tələb edir.

Qeyd edək ki, 2017-ci ilin payızında “Enemalta”nın fəaliyyətinin öyrənilməsi zamanı jurnalist Dafna Karuana Qalisiya öldürülüb və hazırda Yorgen Fenek bu cinayətin “sifarişçisi” adlandırılır.
“Bizə məlumdur ki, Fenek tərəfindən Dubayda qeydiyyata alınmış “17 Black” şirkəti keçmiş baş nazirin  administrasiya rəhbəri Kit Şembri və keçmiş energetika naziri Konrad Mizzinin Panama hesabları üçün məqsədli müştəri idi. Sübut edilib ki, “ElectroGasMalta” layihəsinin reallaşdırılması zamanı “17 Black” ən azı üç ödəniş alıb – 2017-ci ildə SOCAR-ın Maltaya göndərdiyi ilk maye qaz tankerinə görə 161 min avro və 2015-ci ildə Latviyanın ABLV bankı vasitəsilə Rüfət Baratzadədən 1,1 mln. avro məbləğində iki ayrı ödəniş. Hazırda biz Maltanın əvvəlki hökuməti tərəfindən pulların yuyulması üzrə korrupsiya sxeminin ilkin əlamətlərinin də aşkar edildiyi Monteneqro enerji layihəsi ilə bağlı araşdırma tələb edirik”, – Malta KİV-in bəyanatında deyilir.

Maltanın hazırkı baş naziri Robert Abela ötən həftəsonu bildirib ki, “əgər “Reuters” və “TimesofMalta” tərəfindən dərc edilənlər doğrudursa, o “sarsılıb”. “Malta polisi bu işdə əli olanların hamısının barəsində araşdırma aparmalıdır”, – Abela deyib.

Onun sözlərinə görə, “əgər Konrad Mizzinin şübhəli sövdələşmələrə cəlb olunduğu ortaya çıxarsa, tərəddüd etmədən onu parlamentin Leyborist Partiyası liderlərindən biri postundan kənarlaşdıracaq”.

Qeyd edək ki, Maltada jurnalistlərin etiraz aksiyalarına Cozef Muskatın yaratdığı korrupsiya şəbəkəsinin kökünü kəsməyin və sadə insanlar üzərindən qazanmağa son qoymağın vaxtının çatdığını düşünən bir sıra yerli partiyalar da qoşulmağa hazırdır.

Malta enerji layihələri üzrə araşdırmalarda üç azərbaycanlı biznesmenin adının hallandırılması şübhəsiz ki, Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərir.

Time TV

 

 

Leave a comment

Related Posts