Jul 8, 2020, 4:54 am
4 Users Online

İsveçrədə 250 min dollar cərimə ödəyən azərbaycanlı kimdir?

İsveçrə mediası bir sürücülük vəsiqəsinə görə 250 min dollar cərimə ödəyən azərbaycanlı oliqarxın kimliyini gizli saxlayır

Azərbaycanın məmur-oliqarxları dünyanı heyrətləndirmək də davam edirlər. Bu dəfə xəbər İsveçrə Konfederasiyasından gəlib. İsveçrənin 20min.ch internet qəzetinin yazdığına görə, İtaliyadan İsveçrəyə sürücülük vəsiqəsi, səyahət sənədləri olmadan daxil olmaq istəyən azərbaycanlı sərhəd yoxlaması zamanı saxlanılıb.

https://www.20min.ch/story/ohne-fahrausweis-unterwegs-mann-muss-225000-franken-strafe-zahlen-557618554735?fbclid=IwAR0SOPV9JqiPfB8aM3QMgRrkCtN2Cdj8KEAMaxbVtYpg8K8VZ6x5t9qPhkE

Bəlli olub ki, onun sənədləri yerində deyil. Bu səbəbdən 1750 İsveçrə frankı cərimə edərək, ona xəbərdarlıq olunub. Bildirilib ki, təkrar belə vəziyyətdə saxlanılsa, o, daha çox cərimə ediləcək. Üzərindən çox keçmədən həmin şəxs Cenevrədə yenə sənədsiz saxlanılıb. Və bu dəfə 10 min İsveçrə frankı cərimə olunub. Eyni zamanda İsveçrə ərazisində 130 günlük sürücülük hüququndan mərhum edilib. Onunla bağlı araşdırma aparmaq üçün Cenevrə məhkəməsinə müraciət olunub. Həmin ərəfədə Simplon keçid məntəqəsindən təkrar sənədsiz keçid edən həmin şəxsin bu əməli də məhkəməyə göndərilir. Məhkəmə 3 dəfə İsveçrə ərazisində qaydaları pozan azərbaycanlını 225 min frank cərimə edib. Ümumilikdə həmin şəxs təxminən 250 min dollar cərimə ödəyib. 

İsveçrəlilərin təəccübünə səbəb olan isə cərimə edilən şəxsin bu pulların böyük hissəsini nağd şəkildə ödəməsidir.  Maraqlıdır ki, şəxs məhkəmə qərarı vasitəsilə adını gizlətməyə nail olub. Həmin şəxs Azərbaycan vətəndaşıdır və məmurdur. Onun kimliyini öyrənmək üçün aidiyyatı üzrə müraciət göndərmişik.

 

TİME TV

Leave a comment

Related Posts