Jul 8, 2020, 3:38 am
3 Users Online

Hadı Rəcəbli koronavirusa yoluxub

Səhhəti pisləşən sabiq deputat xəstəxanaya aparılıb 

Milli Məclisin sosial siyasət komissiyasının keçmiş sədri və sabiq millət vəkili Hadı Rəcəbli bu gün səhər saatlarında xəstəxanaya qaldırılıb. Məlumata görə, keçmiş deputat neçə gün imiş iy və dad bilmə qabiliyyətlərini itirməyindən şikayətlənirmiş. Dünən axşam isə onun temperaturu qalxıb. İlkin ehtimal kimi Rəcəblinin koronavirusa yoluxduğu bildirilir. Xəstəxanaya yerləşdirilib və ondan koronavirus testi götürülüb və yaxın günlərdə nəticəsi bəlli olacaq. 

Time TV

Leave a comment

Related Posts