Jul 8, 2020, 3:19 am
5 Users Online

Rövnəq Abdullayevin qara qutusu

ANAR ƏLİZADƏ KİMDİR VƏ AZƏRBAYCANIN NEFT PULLARINI OFŞORDA ONUN ADINA KİM SAXLAYIR?

I YAZI

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin qohumlardan ibarət bir şəbəkə qurduğu məlumdur. Bu şəbəkə Azərbaycanın əsas təbii sərvəti olan neftdən gələn gəlirləri müxtəlif yollarla mənimsəyərək xaricdə şəxsi hesablarda saxlamaqla məşğuldur. Şəbəkənin başındakı kilid ad isə Anar Əliyev, Anar Əlizadə və ya Anar Alizadə kimi təqdim olunan şəxsdir.  2013-cü ildə İngiltərənin Global Witness təşkilatı tərəfindən yayınlanan “Anonim Azərbaycan” hesabatında, cibində bir neçə ölkənin pasportunu daşıyan SOCAR prezidenti Rövnəq Abdullayevin dayısı oğlu Anar Əliyevin sirli biznes imperiyasına malik olduğu məlum olmuşdur. SOCAR ilə əməliyyatlardan yüz milyonlarla dollar gəlir əldə etmiş Anar Əliyevin adına o vaxta qədər mətbuatda rast gəlinməmişdi.

https://cdn.globalwitness.org/archive/files/library/azerbaijan_anonymous_lr_0.pdf

Hətta SOCAR-ın mətbuat katibi Nizaməddin Quliyev Global Witness təşkilatının hesabatı barədə BBC-yə açıqlamasında Anar Əliyevin adını eşitmədiyini demişdi.

https://www.bbc.com/azeri/azerbaijan/2013/12/131209_global_witness_socar_report  

Həmin vaxt offşor zonalarda adına yüz milyonlarla dollar dəyərində şirkətləri olan Anar Əliyevin vur-tut bir şəkili ekspert qrupu tərəfindən əldə edilmişdi. O da İnterpol axtarışında olan naməlum şəxsin fotosu kimi ağ-qara bir şəkil idi. Bu yeganə ağ-qara şəkili offşor zonalarında adına onlarla şirkət qeydiyyatda olan Anar Əliyev özü reyestrə təqdim etmişdi. 

 

2013-cü ildə Global Witness təşkilatı tərəfindən “Anonim Azərbaycan” hesabatı yayınlanandan dərhal sonra Anar Əliyev soyadını Əlizadə (Alizada) olaraq dəyişdirmişdir. O, bunu Azərbaycanın güclü ailələrinin – yəni, hakim ailə ilə soyadının bənzərliyinin iş dünyasında çaşqınlıq yaratması ilə əsaslandırmışdı.  Anar Əliyev, “Business Time” jurnalına müsahibəsində Rövnəq Abdullayev ilə qohumluq əlaqəsini inkar etmişdi.

https://anaralizade.com/post/interview-to-business-time-magazine

TÜRKİYƏ-NAXÇIVAN ALVERÇİSİNİN MİLYONÇUYA ÇEVRİLMƏSİ 

Anar Əliyev sərmayəsinin mənbəyi haqqında danışarkən universitet illərində Türkiyədən Naxçıvana geyim məhsulları idxal etdiyini, universitetdən məzun olduqdan sonra maşın alveri və torpaq-alqı satqısı ilə məşğul olduğunu, daha sonra logistika, elektronika məhsullarının alqı-satqısı və neft avadanlıqların idxalı ilə məşğul olduğunu, bununla da külli miqdarda gəlir əldə etdiyini qeyd edib.

http://www.azerbaijananonymousexplained.com/aze/anonim-az%c9%99rbaycan/anar-%c9%99lizad%c9%99/

Halbuki məsələn, Azərbaycanda bu işlə ən çox Sədərək Gömrük Xidmətinin keçmiş rəisi “Laba” ləqəbli Mübariz Pənahov məşğul olub. Lakin o da bu günə qədər rəsmi olaraq milyonçuya çevrilə bilməyib. Bu halda necə olur ki, Anar Əliyev daha “fərasətli” tərpənərək” milyonçuya çevrilib? Kimdir Aanar Əliyev? Gəlin, onun bioqrafiyasına nəzər salaq:  

KİMDİR ANAR ƏLİYEV?

Əliyev Anar Nüsrət oğlu 21 sentyabr 1978-ci ildə Naxçıvanda dünyaya gəlib. 1996-2000-ci illərdə Naxçıvan Dövlət Universitetində təhsil alıb.

https://peoplepill.com/people/anar-alizade/

Anar Əliyevin bibisi oğlu Rövnəq Abdullayev isə 2003-2004-cü illərdə Heydər Əliyev adına Neft Emalı Zavodunun rəhbəri olub. Azərbaycan Prezidenti İlham Əliyevin 10 noyabr 2005-ci il tarixli Sərəncamı ilə Rövnəq Abdullayev SOCAR Prezidenti vəzifəsinə təyin edilib.

https://www.youtube.com/watch?v=4loY48cL04s&feature=youtu.be

Global Witness təşkilatı Anar Əliyevin 2000-ci illərin əvvəllərində bir müddət SOCAR-ın Təhlükəsizlik Departamentində Rövnəq Abdullayevin mühafizəsində işlədiyini müəyyən edib.

https://www.azadliq.org/a/25195029.html

Anar Əliyevin Atası Nüsrət Əliyev SOCAR prezidenti Rövnəq Abdullayevin dayısıdır. Nüsrət Əliyev Heydər Əliyev adına Neft Emalı Zavodunun Qaz sektorunun müdiri vəzifəsində işləyib.Anar Əliyevin qardaşları Nihat, Bədəl, Nicat Əliyevlər SOCAR-da müxtəlif vəzifələrdə işləyib. Bədəl Əliyev SOCAR-da İnformasiya Texnologiyaları Departamentində satınalmalar şöbəsinin müdiri, Nihat Əliyev SOCAR-da satış direktoru işləyib. Nicat Əliyev isə SOCAR-ın törəmə şirkətlərindən birində işləyir. Rövnəq Abdullayevin digər dayısı Azad Əliyev Heydər Əliyev adına Neft Emalı Zavodunda Kislorod sektorunun müdiridir.

Bu məqamda Azərbaycan Respublikasının qanununa diqqət edək. Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanununda qohumların bir yerdə işləməyinin mümkünsüzlüyü barədə hissəni olduğu kimi edirik: 

MAHMUDOV ABDULLAYEV QOHUMLUĞU

Anar Əliyevin anası Şərur rayonunun Axaməd kəndindən, məşhur Aşurovlar nəslindəndir. Bu nəslin bir çox nümayəndələri SOCAR və digər dövlət strukturlarında yüksək vəzifələrdə çalışırlar. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun həyat yoldaşı Tahirə Mahmudova da Aşurovlar nəslindəndir.


Anar Əliyevin dayısı Mehman Aşurov Eldar Mahmudovun dövründə MTN-də rəis işləyib.

http://pia.az/socar-daki-sirli-eliyev-barede-yeni-melumatlar–11566-xeber.html

Anar Əliyevin dayısı oğlu Mahir Aşurov isə SOCAR-ın Təhlükəsizlik İdarəsində Həmkarlar İttifaqının sədridir.

http://ahik.org/articles/view/neft-v-qaz-snayesi-cilri-hmkarlar-ttifaq-respublika-komitsinin-iv-qurultay-kecirilnidir

 

Mahir Aşurov Prezident İlham Əliyevin 4 fevral 2013-cü il tarixli sərəncamı ilə Tərəqqi medalı ilə təltif edilib.

http://www.anl.az/down/meqale/azerbaycan/2013/fevral/292545.htm

Anar Əliyevin qohumlarının bir qisminin SOCAR-da vəzifələrini əks etdirən sxem aşağıda əks olunub.

Rövnəq Abdullayevin qaynatası, eyni zamanda dayısı Adəm Əliyev SOCAR-da Demontaj Departamentinin rəisidir. Adəm Əliyev Dubayda qeydiyyatdan keçən Bahar Energy Limited şirkətinin payçılarından biridir. Bahar Energy Limited şirkəti Xəzər dənizində Qum və Bahar neft yataqlarını istismar edir. Bahar Energy Limited şirkəti Azərbaycan neftindən ən yüksək faizlə (80/20) pay götürən xarici şirkətidir.

https://www.azadliq.org/a/26588590.html

Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikası qanununun 7-ci maddəsində bildirilir ki, vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.

http://www.e-qanun.az/framework/5809

https://web.archive.org/web/20140412203238/http:/new.socar.az/socar/en/company/production-sharing-agreements-offshore/bahar-gum-deniz

Vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması haqqında Azərbaycan Respublikası qanununun 1.1.3-cü maddəsində yaxın qohum kimi vəzifəli şəxsin arvadı (əri), valideynləri, baba və nənələri, övladları və onun tərəfindən övladlığa götürülən şəxslər, doğma (ögey) bacı və qardaşları, nəvələri, bacı və qardaşının övladı, bacısının əri və qardaşının arvadı, dayıları, əmiləri, xalaları, bibiləri, eləcə də arvadının (ərinin) valideynləri, doğma (ögey) bacı və qardaşlarının nəzərdə tutulduğu qeyd olunub.

http://www.commission-anticorruption.gov.az/upload/file/Conflict%20of%20Interst%20Law%20S.pdf

2010-cu ilin aprelində parlamentdə keçirilən dinləmələrdə millət vəkili Pənah Hüseyn Qum və Bahar neft yataqlarında mənfəətin böyük hissəsini götürən Bahar Energy Limited şirkətinin arxasında kimin durduğu barədə sual vermiş, ancaq digər millət vəkilləri (Oqtay Əsədov, Fəzail Ağamalı, Zahid Oruc) bu suala görə onu tənqid etmişdi.


“Əvvəla, mən aydınlaşdırmaq, sual vermək istəyirəm. Hörmətli deputatlar, bu kontrakt kimlə bağlanır? Əgər burada qaranlıq bir məsələ yoxdursa, niyə bunun arxasında Azərbaycan Respublikasının vətəndaşlarının dayandığı Dubay, Birləşmiş Ərəb Əmirlikləri adı altında gizlədilir. Buradan belə bir şübhə ortaya çıxır ki, şirkətin ünvanı burada dolaşıq işlədilib. Bizim bir sıra qanunlar qədər yüksək olan bu qanunda Bahar Energy Limited Şirkətinin adından menecerin adı da, soyadı da, vəzifəsi də göstərilməyib. Bir də təkrar edirəm, niyə görə bu məsələyə diqqəti cəlb edirəm? Çünki bir sıra mütəxəssislər, ekspertlər göstərirlər ki, Azərbaycanda neft sahəsinin gizli özəlləşdirilməsi, dırnaqarası özəlləşdirilməsi prosesi gedir. Hüquqi cəhətdən bu məsələ bəlkə də özgəninkiləşdirmədir. Digər kontraktlardan fərqli olaraq, məlum deyil ki, podratçı buraya hansı pulu qoyacaq? Hansı texnologiyanı gətirəcək? Bütün bunlar bizim diqqətimizi cəlb edir.”

https://meclis.gov.az/?/az/stenoqram/210

Bahar Energy Limited şirkətinin təsisçilərindən biri olan Rafi Oil FZE (yeni adıyla, Novatis Oil FZE) 2008-ci ildən etibarən Anar Əliyevin “Union Grand Energy” şirkətinin nəzdində fəaliyyət göstərir. Novatis Oil FZE şirkətinin nəzdində isə “Suraxanı Oil” əməliyyat şirkəti də fəaliyyət göstərir ki, bu şirkət Suraxanı yatağında neft hasilatını həyata keçirir.

http://www.ugepte.com/index.php?page=page&MasterPageID=2&ID=63

http://nhmt-az.org/frontend/pages/oil-income-inner.php?id=154

“Suraxanı Oil” layihəsi üzrə müqavilə 2005-ci ildə Bakıda SOCAR“Novatis Oil” şirkəti (keçmiş “Rafi Oil”, BƏƏ) arasında imzalanıb. Müqavilədə iştirakın 75 faizi “Novatis Oil”, 25 faizi isə SOCAR-ın payına düşür.Bakıdan 14 km şimal-şərqdə yerləşən müqavilə blokunun ümumi sahəsi 13 kv. km-dir. SOCAR, Anar Əliyevin şirkəti ilə bağlanan bu müqaviləni ən uğurlu neft kontraktı hesab edir.

https://www.bizimyol.info/news/37428.html  

2018-2019-cu illərdə Suraxanı yatağından illik orta hesabla 1.2 milyon barrel neft hasil edilib.

http://sai.gov.az/upload/files/ARHP-Rey-SOFAZ-2019.pdf

“Suraxanı Oil” Əməliyyat şirkəti üçün quyuların qazılmasını Anar Əliyevin digər bir şirkəti “Gulf Drilling Supply FZE” şirkətinin Azərbaycanda törəməsi olan “Gulf Drilling Azerbaijan” şirkəti həyata keçirir. Gulf Drilling Azerbaijan “Suraxanı Oil” Əməliyyat şirkətinin işlətdiyi yataqlarda 70-ə yaxın quyu qazıb.

https://report.az/energetika/suraxani-oil-emeliyyat-sirketi-ucun-69-yeni-quyu-qazilib/

Oğuz-Qəbələ-Bakı su kəməri layihəsində quyuların qazılması üçün Türkiyənin “Arsan Arıtma” şirkəti ilə müqavilə bağlanılsa da, işin 24.3 milyon manatlıq hissəsi tamamlandıqdan sonra müqaviləyə xitam verilmiş və Anar Əliyevə məxsus “Gulf Drilling Supply FZE” şirkəti ilə 9.2 milyon manatlıq müqavilə bağlanmışdır.

https://www.oilfund.az/en/projects/5

Anar Əliyev tərəfindən Sinqapurda təsis edilən RSR Holdinqin nəzdində fəaliyyət göstərən “Gulf Drilling Supply FZE” Suraxanı, Şirvan, Binəqədi, Karasu, Qobustan neft mədənlərində qazma əməliyyatları yerinə yetirir.

https://cdn.globalwitness.org/archive/files/library/azerbaijan%20anonymous%20companies%20annex%202_2.pdf

Anar Əliyevin “Union Grand Energy” Şirkətlər qrupuna daxil olan digər bir şirkəti – UGE Lancer PTE ltd. şirkəti isə Abşeron yarımadasında yerləşən Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarını işlədir. Şirkətin 2017-ci ildə həm aktivləri, həm də məcmu kapitalı 32 milyon dollar təşkil edib. UGE Lancer PTE ltd. nəzdində Balaxanı Əməliyyat şirkəti fəaliyyət göstərir.

http://www.azerbaijananonymousexplained.com/aze/anonim-az%c9%99rbaycan/uge-lancer-pte-sirk%c9%99ti/

2010-cu ilin iyununda SOCAR və UGE-Lanser PTE şirkəti Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı quru yataqlarının daxil olduğu blokun kəşfiyyatına, reabilitasiyasına, işlənməsinə və hasilatına dair (PSA) müqavilə imzalayıb. Müqavilə sahəsi 16,14 kvadrat kilometr təşkil edir. Müqavilə 25 il müddətinə imzalanıb. Müqavilədə iştirakın 75 faizi UGE-Lanser PTE, 25 faizi isə SOCAR-ın payına düşür.  

https://az.trend.az/business/energy/1977241.html

Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarında 7.3 milyon ton (52.1 milyon barrel) neft ehtiyatı olduğu təxmin edilir. 2017-2019-cu illərdə bu yataqlardan illik orta hesabla 1.7 milyon barrel neft hasil edilib.

http://sai.gov.az/upload/files/ARHP-Rey-SOFAZ-2019.pdf

http://sai.gov.az/upload/files/ARHP-Rey-SOFAZ-2019.pdf

Prezident İlham Əliyevin 6 may 2011-ci il tarixli sərəncamı ilə SOCAR və UGE-Lanser PTE şirkəti arasında bağlanan müqaviləyə dəyişiklik edilmişdir.

http://www.e-qanun.az/framework/21689

Qeyd edək ki Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarını işlədən podratçı şirkətlər (Anar Əliyevə məxsus UGE-Lanser PTE şirkəti nəzərdə tutulur) 1 yanvar 2012-ci ildən etibarən karbohidrogen fəaliyyətləri ilə bağlı sıfır faiz (0%) dərəcəsi ilə Əlavə dəyər vergisindən azaddırlar.

https://www.taxes.gov.az/files/2/Hasilat%20pdfler/Balaxani_EDV.pdf 

3 iyun 2010-cu ildə keçirilən imzalanma mərasimində SOCAR Prezidenti dayısı oğlu Anar Əliyevin Sinqapurda qeydiyyata aldığı UGE-Lanser PTE şirkətini Almaniya şirkəti kimi təqdim edib. UGE-Lanser PTE şirkətinin baş meneceri Lother Tauşke təmsil etdiyi qurumun artıq 5 ildir ki, ARDNŞ ilə birgə ekolmühəndislik xidməti sahəsində layihələr həyata keçirdiyini diqqətə çatdırmışdır. Halbuki, UGE-Lanser PTE şirkəti 28 noyabr 2008-ci ildə təsis edilib. Müqavilə imzalananda şirkətin cəmi 553 günlük fəaliyyəti mövcud olub.

https://azertag.az/print/481525

https://www.sgpbusiness.com/company/Uge-lancer-Pte-Ltd

İsveçrənin biznes reyestr məlumatlarına görə, UGE-Lanser PTE şirkətinin baş meneceri Lother Tauşke 17 aprel 2009 – 1 fevral 2013-cü il tarixlərində Sumato Energy Services SA şirkətinin baş direktoru vəzifəsini də icra edib. Sumato Energy Services SA şirkəti 2005-ci ildə Yeni Zelandiyada təsis edilən Sumato Energy Group Limited şirkətlər qrupuna daxil olan 4 şirkətdən biridir. Lother Tauşke eyni zamanda 12 yanvar 2007-ci ildə Böyük Britaniyanın Vircin adalarında qeydiyyatdan keçən Sumato Energy Group Limited şirkətində direktor işləyir.
https://offshoreleaks.icij.org/nodes/221688
Sumato Energy Group Limited şirkətinə daxil olan Sumato Energy PTE Ltd şirkəti Dubayda qeydiyyata alınan Sumato Energy FZE şirkətinin törəmə şirkətidir. 1 iyun 2009-cu ildə təsis edilən Sumato Energy PTE Ltd şirkəti 2010-cu ildə Azərbaycan Dövlət Neft Şirkətindən 1.2 milyard dollar, 2011-ci ildə isə 1.98 milyard dollar həcmində neft satın alıb. Bu məlumat Sumato Energy PTE Ltd şirkətinin 2011-ci ilə dair maliyyə hesabatında qeyd olunub.

Qeyd edək ki, Sumato Energy PTE Ltd şirkəti ilə Anar Əliyevin UGE-Lancer PTE Ltd şirkəti Sinqapurda eyni ünvanda yerləşir. Lother Tauşke hər iki şirkətdə direktor vəzifəsini icra edir.

https://cdn.globalwitness.org/archive/files/library/azerbaijan_anonymous_lr.pdf

2007-ci ildə Dövlət Neft Şirkətinin yayınlandığı press-relizdə qeyd olunur ki, Yeni Zelandiyanın Sumato Energy Group Limited şirkəti 1 milyon barrel “Azeri Light” neftin satışına dair tenderi udaraq 30 oktyabr-1 noyabr 2007-ci il tarixlərində neftin Ceyhan limanından təslimi hüququ əldə edib.

2008-cu ildə APA xəbər agentliyi SOCAR–ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə
istinadən məlumat verib ki, Sumato Energy Group Limited şirkəti 1 milyon barrel neftin satışına
dair tenderi udaraq 21-23 fevral 2009-cu il tarixlərində neftin Ceyhan limanından təslimi hüququ
əldə edib.

http://socar.az/socar/en/news-and-media/news-archives/news-archives/2007/10/16

https://apa.az/en/azerbaijan_energy_and_industry/-95769

Qeyd edək ki, Sumato Energy Group Limited şirkətinin təsisçisi İan Taylor korrupsiya, narkotik alveri, silah qaçaqmalçılığı və s. işlərdən əldə edilən çirkli pulların yuyulmasında iştirakı ilə ad çıxarıb. “Global Witness’’ təşkilatının yayınladığı hesabata görə, Qırğızıstanın keçmiş prezident Kurmanbek Bakiyevin oğlu Maksim Bakiyev ilə əlaqəli şirkətlərin təsis olunmasında İan Taylor da rol alıb. Bu da göstərir ki, İan Taylor Sumato Energy Group Limited şirkətinin əsl sahibi deyil.

https://cdn.globalwitness.org/archive/files/library/grave%20secrecy.pdf

Dubayın biznes reyestr məlumatlarına görə, Anar Əliyevə məxsus RSR Holdinq şirkətlərqrupunun törəmə şirkəti olan Rafi Trading FZE (yeni adıyla, Lider Electronics FZE) şirkətinin direktoru Azim Novruzov
Sumato Energy FZE şirkətinin səhmdarlarından biridir.  “Global Witness’’ təşkilatının əldə etdiyi qəbzlərdən məlum olur ki, Cenevrədə yerləşən 5 ulduzlu Grand Kempinski otelində Anar Əliyevin 2-4 yanvar 2012-ci il tarixlərində 2 gecəlik istirahəti üçün Sumato Energy Services SA direktor müavini Mətin Talışlı tərəfindən otelə 10 min 253 İsveçrə frankı (10 min 887 dollar) ödənilib. Mətin Talışlı eyni zamanda Anar Əliyevin İsveçrədə qeydiyyata aldığı üç şirkətdə (Cronus Energy AG, ERAInvest SA və Davos Luxury Properties AG) direktor vəzifəsini icra edib. SOCAR “Global Witness’’ təşkilatının hesabatına cavab olaraq bunları bildirmişdir: SOCAR araşdırmalar nəticəsində müəyyən edib ki, Sumato Energy Group Ltd 2005–ci ildə Yeni Zelandiyada təsis edilmişdir və eyni brend adı altında əlavə şirkətlər Sinqapurda, İsveçrədə və BƏƏ-də qeydiyyatdan keçmişdir. Aparılan zəruri yoxlama prosedurları sayəsində, Anar Əlizadənin Sumato Energy şirkətinin benefisiar mülkiyyətçisinin olmaması məsələsi SOCAR-a məlum olmuşdu. Eyni zamanda, SOCAR məxfilik müqavilələri ilə öhdəlik daşıyır və hər hansı üçüncü tərəfin son benefisiar mülkiyyətçisinin kimliyini açıqlaya bilməz. Bununla yanaşı, SOCAR və ya onun törəmə şirkətləri Sumato Energy Group şirkəti ilə heç bir əlaqəyə malik deyildi.”

http://www.azerbaijananonymousexplained.com/aze/anonim-az%c9%99rbaycan/neft-ticar%c9%99ti-muqavil%c9%99l%c9%99ri-v%c9%99-sumato-energy-group-sirk%c9%99ti/

Qeyd edək ki, Sumato Energy PTE ltd. şirkətinin maliyyə hesabatına görə, qurumun yeganə alıcısı və satıcısı SOCAR-ın törəmə şirkətləridir. Bu da onu göstərir ki, Sumato Energy Group Limited şirkətləri SOCAR rəhbərliyi ilə birbaşa əlaqəlidir. Keçmiş millət vəkili Pənah Hüseyn 2010-cu ildə partlamentdəki çıxışında SOCAR-ın qurudakı neft mədənlərini şərikli işlətməsinə iradını bildirmiş və şəffaflığın olmamasını qeyd etmişdi.
“Məsələn, “Şirvanoyl” Şirkəti Şirvan şəhəri yaxınlığında, “Salyanoyl” Salyan tərəfdə yerləşir.Yaxud “Qarasu” Şirkəti var. Bu şirkətlər yaranıb, hərəsinin də başında bir xarici soyadlı vətəndaş durur. Məsələn, “Şirvanoyl”da bir gürcü soyadı var idi. Buruqları rəngləyirlər, bir az şebel tökürlər. Bunun da nəticəsində neftə şərik olurlar. Buruqların rənglənməsini və ya şebel tökməyi Dövlət Neft Şirkəti özü həyata keçirə bilmirmi? Niyə şərik eləyir? Xeyli dərəcədə ehtimal yaranır ki, burada cürbəcür başqa məsələlər həyata keçirilir. Məsələn, mən Bakı şəhərindəki mədənlərin birinə baxmışam. Binəqədidə bir neçə mədən var. Bizə ekspertlər gətiriblər. Onlar şəffaflıq təşəbbüsü ilə monitorinq aparırlar. Onlardan biri alman şirkəti idi. Məsələn, sutkada bir mədən1000 ton neft verir. Bizim özümüzə məxsus olan mədən 10 ton verir. Niyə belədir? Məlum olur ki, yekə bir çəlləkdir, o birinin adına qeydə alınır. Belə bir ehtimal var. Burada şəffaflıq yoxdur.”

https://meclis.gov.az/?/az/stenoqram/210

 

TİME TV ANALİTİK QRUPU 

ARDI VAR VƏ sənədlərə diqqət yetirin:

 

 

 

 

 

 

Leave a comment

Related Posts