Jul 8, 2020, 3:24 am
9 Users Online
Stefan Schennach

AŞPA-dan Yasamal olayına sərt etiraz

Stefan Şennak: “Yasamal qəsəbəsində polisin davranışı dəhşətli hadisədir”

“Bu, qeyri-insani davranışdır və insan haqlarına tamamilə ziddir. Belə bir hərəkət yolverilməzdir. Qırmızı xətt deyilən bir şey var və polis bu davranışla qırmızı xətti keçib. Baş verənlər dəhşətdir. Mən Azərbaycan hakimiyyətini başa düşmürəm. Son üç ayda nə baş verir? Biz ölkədəki durum barədə çox, çox dərindən narahatıq. Seçki keçirildi, niyə hakimiyyət və prezident indi belə davranır? Bu davranışlar hüququn aliliyinə ziddir”, – deyə Avropa Şurası Parlameny Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi, avstriyalı deputat Stefan Şennak qeyd edib.

Həmməruzəçi deyib ki, karantin rejimi insan haqlarına hörmətsizlik üçün səbəb ola bilməz:

“Karantindən sui-istifadə etmək də mümkündür. Çünki bu mənzərədə insanların sağlığını qorumaq mənzərəsi görünmədi. Bu, həbsin qəddar forması idi. Bu debatların koronavirus konteksində niyə aparıldığını anlamıram. Axı Azərbaycanda yoluxma başqa ölkələrdə olduğu qədər yüksək deyil. Başqa ölkələrdə də karantin tətbiq edəndə insan haqlarına riayət etmək lazımdır. Xüsusilə də karantin vaxtı müxalifətin hakimiyyətə nəzarət etməsi vacibdir. Avropanın bütün ölkələrində bu, belədir. Bizim də hökumətimiz karantin vaxtı bir çox qaydalar qoydu. Amma parlament bunların bir çoxunu blokladı və dedi ki, bu, həddən artıq sərtdir”.

Stefan Şennak Azərbaycan hakimiyyətinə müraciət də edib: “Rahat olun, etirazlara imkan verin, fərqli fikirlərə hörmətlə yanaşın”.

Time TV

Leave a comment

Related Posts