Jul 8, 2020, 3:36 am
5 Users Online

Azərbaycan yenidən təcridxanaya çevrilir

Ölkə paytaxtı, Sumqayıt, Gəncə, Lənkəran da daxil olmaqla əksər rayonlarda bu dəfə 3 gün çölə çıxmaq qadağan edildi

Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.

Mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı və Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov iştirak ediblər. Tədbirdə pandemiya ilə bağlı ölkədəki son vəziyyət haqda məlumat verilib. Qeyd olunub ki, 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək. Yəni, heç yer işləməyəcək. İnsanlar evlərindən çölə çıxa bilməyəcək. Çıxan həbs və ya cərimə ediləcək. 

Time TV

Leave a comment

Related Posts