Oct 31, 2020, 7:09 am
7 Users Online

Iqtidarın Milli Şura ilə dialoqu…

Milli Şuranı tərk edənlər doğrudanmı milli-mənəvi dəyərlərin keşiyində dayanmaq istəyirlər, yoxsa?

Bu günlərdə Milli Şuradan qopmalar oldu. Bu qopmaların LGBT qalmaqalına görə olduğu deyilsə də, əslində məsələ daha dərindir. Sadəcə, Milli Şura rəhbərliyi incə məqamlara toxunmağı özünə rəva bilmir. Çünki açıqlasalar gərək illərlə bir yerdə olduqları insanların hansısa yaxınlarına görə, mübarizədən çəkildiklərini bildirələr.

Məsələn, bu günlərdə bəlli oldu ki, 2019-cu il 31 iyulda Milli Şuranın üzvü Eldəniz Quliyevin həyat yoldaşı Xalidə Quliyeva xalq artisti adına layiq görülüb. Təbii ki, hakimiyyət Eldəniz bəyin tutduğu mövqedən xəbərdardı. Buna baxmayaraq, onun həyat yoldaşını xalq artisti adıyla təltif edir. Kimsə bunu hakimiyyətlə alış-veriş kimi təqdim edə bilməz. Amma bu, bir jestdir və bu jestdən sonra istəsə belə, Eldəniz Quliyev hakimiyyətə qarşı radikal addım ata bilməz. Getdikcə bu cür təsirlərin artması nəticəsində o, Milli Şura ilə bu və ya digər formada ayrılmalı idi.

Eyni məntiqi nəticə ilə bu günlərdə milli-mənəvi dəyərləri əldə əsas tutub Milli Şuradan istefa verən hüquqşünas Namizəd Səfərovla da bağlı söyləyə bilərik. Namizəd bəy geniş dünyagörüşünə malik şəxsdir. Heç şübhəsiz ki, o, Milli Şuraya üzv olanda bilirdi ki, bu qurum Qərb istiqamətinə üz tutub. Qərbdə isə əsas dəyərlərdən biri də odur ki, cinsi, irqi, dini ayrı-seçkilik olmamalıdır. LGBT-lərlə bağlı hələ 2000-ci ildə Azərbaycan Avropa Şurasına üzv olarkən üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməlidir. Bu üzdən də Namizəd müəllimin milli-mənəvi dəyərləri bəhanə edib Milli Şuradan çıxmasıyla İsmayıl Cəlilovun cinsi orientasiyasını bəhanə edib iki gündən bir qalmaqal yaratmasının arasında elə bir ciddi fərq yoxdur. Bizdə olan məlumata görə, Namizəd bəyin istefasının səbəbi əslində qaynı Səbuhi Məmmədovun Naxçıvan Muxtar Respublikasına baş nazir təyin olunmasıyla bağlıdır. Doğrudur, Namizəd bəylə MR-in yeni baş naziri arasında uzun müddətdi münasibətlər elə də isti deyil. Lakin artıq MR-in ikinci şəxsi kürsüsünə yüksəlmiş qohum artıq bəzi öhdəliklər yaradır. Müxalifət ol, amma Əli Kərimlinin yanında olma. Qısacası, mövqeyin olduğu kimi qalsın, lakin hakimiyyətin əsas düşməninin yanında olma.

Biz məsələlərin bu cür gedişini Milli Şura-iqtidar dialoqu da adlandıra bilərik. Sadəcə, bu dialoqa gedənlər birdə Milli Şuraya qayıda bilmirlər. Qapılar bağlanır.

 

TİME TV 

Leave a comment

Related Posts