Oct 31, 2020, 7:25 am
7 Users Online

MİR ŞAHİNİN – REAL TV-nin ƏSL YİYƏLƏRİ TAPILDI

REAL TV-NİN TƏSİSÇİSİ İMAN QULİYEV ƏSLİNDƏ POLİS GENERALLARININ BİZNESİNİ İDARƏ EDƏN MENECER İMİŞ

Bu günlərdə araşdırmaçı jurnalist Hafiz Babalının openazerbaijan.org saytında REAL TV-nin təsisçisi haqqında məqaləsi paylaşılmışdı. Məqalədə qeyd olunur ki, 2018-ci ilin fevralında yaranmış “Real Təhlil və İnformasi Mərkəzi” MMC-nin əsl sahibi haqqında cəmiyyətdə yayılan fikirlər əslində həqiqəti əks etdirmirmiş.

LEYLA ƏLİYEVA

Qeyd edək ki, cəmiyyətdə Real TV-nin əsl sahibinin prezidentin qızı Leyla Əliyevanın olduğu barədə məlumatlar dolaşırdı. İndi məlum olur ki, bu informasiyaları Mir Şahin məqsədyönlü şəkildə yayırmış. Çünki ilk gündən əməkdaşlara verilən əmək haqqlarının az olması diqqəti çəkirdi. Məsələn, Mir Şahin əməkdaşa 400 ABŞ dolları verməyin qarşılığında az qala həftənin 7 günü işləməyə məcbur etmək istəyir. Belə bir əmək haqqını jurnalistə rəva görən isə təbii ki, xəsis bir sahibə məxsus olmalı imiş. Və indi aydın olur ki, REAL TV-nin rəsmi təsisçisi və sahibi İman Quliyev adlı şəxs imiş.

Maraqlıdır ki, Azərbaycan qanunvericiliyinə görə, ikili vətəndaşlıq qanunla qadağan edilsə də, İman Quliyev və ailə üzvləri ciblərində həm Azərbaycan, həm də Ukrayna pasportları gəzdirirlər. Bəs ona bu imkanları kim tanıyıb? Bu suala cavab verməzdən öncə qısaca İman Quliyevin bioqrafiya və əmlakına nəzər salaq. 

Milli Tele Radio Şurasının dərc olunan məlumatında deyilir ki, “Real Təhlil və İnformasiya Mərkəzi” MMC-nin təsisçisi İman Nəsrulla oğlu Quliyevdir. Bəs İman Quliyev kimdir? http://www.ntrc.gov.az/az/content/news/720.html 

Jurnalist araşdırmasında qeyd olunur ki, İ.Quliyev 1960-cı il, noyabrın 5-də Naxçıvanda doğulub. Bakıda Abbasqulu ağa Bakıxanov küçəsindəki mənzillərdən birində qeydiyyatdadır. https://www.infocenter.gov.az/page/voters/default.aspx?s=20&sm=2 

Amma son illər Kiyevdə, Svyatoşinski rayonu, Sofiyevskaya Borşaqovka kəndində inşa etdirdiyi “Sofievskaya Sfera” Yaşayış Kompleksindəki https://sofievska-sfera.com.ua/about/ mənzilində daha tez-tez görünür.

Biznes aləmində “Qozbel İman” kimi tanınan iş adamı Azərbaycanda və kənarda bir çox şirkətə sahiblik və rəhbərlik edir. İ. Quliyev bir müddət Azərbaycanın ən iri kommersiya banklarından olan “Xalq Bank” ASC-nin Müşahidə Şurasının üzvlərindən biri olaraq, onun fəaliyyətinə nəzarət edib.

Bundan başqa “Nyu Sfera Şirkətlər Qrupu”nun sahibi və prezidentidir. İ.Quliyev Azərbaycanda “Nyu Sfera Şirkətlər Qrupu” MMC ilə yanaşı, “Nyu Sfera-Nəqliyyat” MMC, “Nyu Sfera-Turizm” MMC-yə şəxsən rəhbərlik edir. Qrupun özünə isə “Nyu Sfera İnşaat” MMC, “Nyu Sfera Art” MMC, “Nyu Sfera Ticarət” MMC, “Nyu Spera Ltd” MMC, “A.R. Kommersiya” MMC və “Şahinlər” MMC daxildir. Onun mülkiyyətində çoxmərtəbəli “Xalqlar Dostluğu” ticarət mərkəzi, Bakıda 3 şadlıq sarayı (“Romance Palace-1”, “Romance Palace-2”, “Şərq Saray”) və bir restoran da (“Yay” restoranı) var. İsmayıllı rayonundakı “Green House” turizm mərkəzi də İ.Quliyevin şirkətlərindən birinin mülküdür. Sumağallı kəndi yaxınlığında yerləşən bu istirahət və turizm mərkəzi 2 hektar ərazini tutur. 2005-ci ildə istifadəyə verilən kompleksdə 3 ədəd üçmərtəbəli kottec tipli ev, 6 ədəd birmərtəbəli taxta kottec, eləcə də 180 yerlik restoran, açıq hovuz, idman və əyləncə qurğuları var.

http://web.archive.org/web/20090417040000/http://nyusfera.com/indexaz.php

“Nyu Sfera Şirkətlər Qrupu” Bakının Suraxanı rayonu ərazisində 1050 mənzildən ibarət “Yeni Zığ Yaşayış Kompleksi” inşa etməkdədir. Layihəyə görə, yaşayış kompleksi 15 ədəd 10 mərtəbəli binadan ibarət olacaq. Kompleksin dörd binası artıq istifadəyə verilib.

2018-ci ildə İ.Quliyevin həm də “Politon” MMC-nin direktoru olduğu aşkarlanıb. 2009-cu ildə yaradılan bu şirkət vasitəsilə o, ölkənin ən iri metaləritmə və metal məmulatı istehsalı müəssisəsi olan “Baku Steel Company” MMC-nin (BSC) 50%-nə nəzarət edir. İldə 1 milyon ton qara metal ətirmək gücü olan BSC isə öz növbəsində aşağıdakı şirkətlərə sahibdir:

  • “Bakelektroqaynaq” ASC, səhmlərin 99%-i;
  • “Bakı Oksigen Kompani” ASC, səhmlərin 100%-i;
  • “Azərboru” ASC, səhmlərin 97%-i,
  • “Azərtəkrarqarametal” ASC, səhmlərin 96%-i,
  • “Baku Steel Construction” ASC, səhmlərin 80%-i.Bundan başqa, BSC Bakının “Xəzər-Boru” MMC-ni və “Bakelektroştamp” ASC-ni də nəzarətdə saxlayır.

Quliyev son illər daha çox Ukraynaya sərmayə qoyur. 2013-cü ildə o, Sumı vilayətinin Şostka şəhərində sutkada 180 tonadək taxıl üyüdə bilən dəyirman tikdirib və istifadəyə verib. İ.Quliyevin bu ölkəyə ən iri sərmayəsi isə Kiyev yaxınlığında kommersiya məqsədilə inşa olunan “Sofievskaya Sfera” çoxmərtəbəli yaşayış kompleksinə qoyulub. Satın aldığı torpaq sahələri üzərində o, 1636 mənzildən, eləcə də çoxsaylı qeyri-yaşayış sahələrindən ibarət iri kompleks ucaldıb, bağça və məktəb tikdirib.

Hazırda İ.Quliyev 31 yaşlı oğlu, “Nyu Sfera” Şirkətlər Qrupunun vitse-prezidenti Araz Quliyevlə https://www.linkedin.com/in/araz-guliyev-753323b3 birgə Ukraynada daşınmaz əmlak, tikinti, ictimai iaşə, ticarət, silahlı mühafizə və s. sahələrdə fəaliyyət göstərən daha bir neçə şirkətə (“AN-Faber” MMC, “Fish Sphere” MMC, “GİA Sphere” MMC, “Brend Steyk” MMC, “Sphere Security” MMC) sahibdir. Onlar Ukraynada həm də aztəminatlı ailələrə maddi yardım göstərən “Blaqosfera” adlı xeyriyyə cəmiyyəti təsis ediblər.

Bəs bütün bu imkanlara İman Quliyev necə sahib olub?

Araşdırmalar zamanı bəlli oldu ki, əslində İman Quliyev bu qədər sərvətin heç də əsl sahibi deyilmiş. Bu şirkətlərin və biznesin əsl sahibi keçmiş daxili işlər naziri, hazırda Dövlət Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və indiki daxili işlər naziri Vilayət Eyvazov imiş. ANS bağlandıqdan sonra Mir Şahin uzun müddət yeni kanal açmğa çalışıb. Nəhayətində o, polis sistemilə dil tapmağa nail olub. Onlar da Mir Şahinin özünün tv təsisçisi olmasına razılıq verməyiblər. Onların biznesini idarə edən İman Quliyevi təsisçi edərək bu işi ona tapşırıblar. Xəsisliyi ilə ad çıxaran İman Quliyev isə TV üçün ayrılan pulu belə çox xəsisliklə verir. Mir Şahin isə bir daha televiziyasızlıq taleyi yaşamasın deyə İman Quliyevin bütün kaprizlərinə dözür. Real TV-də müxalifətə və digər şəxslərə qarşı hazırlanan proqramlar isə əsasən polis mətbəxində hazırlanır.

Araşdırmalar nəticəsində əldə olunan qənaət odur ki, keçmiş və indiki nazirin biznesini idarə edən İman Quliyev oğlunu Ukrayna paytaxtı Kiyevdə şəhər dumasına deputat seçdirməyə çalışaraq gələcəyini təminatlamağa çalışır. Ən maraqlı məsələ budur ki, Londonda biznesin idarə edilməsi üzrə təhsil aldığı deyilən və bu yöndə atasını külli miqdarda xərcə salan Araz Quliyev Kiyevdə atasının şirkətində ev satışıyla məşğuldu. Halbuki bunun üçün bu qədər uzun yol qət edib o qədər pulları ingilislərin rifahı üçün xərcləməyə heç ehtiyac yox idi.

Ümumiyyətlə, Quliyevlər bu cür proseslərdə daha hansı rol oynayırlar? Real TV-yə aylıq nə qədər pul ayrılmalıdır və əslində, nə qədər pul verilir? Bu və digər suallara da növbəti araşdırmada cavab tapılacaq.

TİME TV 

Leave a comment

Related Posts