Oct 20, 2020, 5:39 am
7 Users Online

Azərbaycan səfirindən Ukrayna xalqına böyük hörmətsizlik

Elmira Axundova 28 mayla bağlı müraciəti Ukraynanın torpaqlarını işğal edən Rusiyanın dilində – yəni, rus dilində edib

Azərbaycanın Ukraynaya yeni təyin olunmuş səfiri Elmira Axundova Ukrayna və öz xalqına qarşı böyük hörmətsizlik edib. Səfir 28 may Respublika günü ilə bağlı bayram təbrikini rus dilində paylaşıb. Eyni zamanda Azərbaycanı Rusiyanın bir parçası kimi təqdim edərək Gülüstan, Türkmənçay müqavilələrinə ümumiyyətlə toxunmayıb.

Müraciəti oxuyanda belə anlaşılır ki, Azərbaycan tarixən çar Rusiyasının bir parçası olub və imperiya dağılanda işğal edilib. Həmçinin Azərbaycanın işğal olunmuş əraziləri haqqında bir kəlmə yoxdu. Bu da onu göstərir ki, Elmira Axundovanın diplomatiyanın D hərfindən xəbəri yoxdu. O adi etiket qaydalarını belə bilmir. Halbuki müraciəti ən azı ingilis və Azərbaycan dillərində etməli idi.

 

 

 

 

 

 

 

 

Səfirin bu qeyri-etik hərəkəti ciddi narazılığa səbəb olub.

Ukraynada yaşayan tanınmış azərbaycanlılar – həkim Cavanşir Əhməd, daxili qoşunların keçmiş komandanı Fəhmin Hacıyev səfirin dərhal üzr istəməli olduğunu bildirib. Səfir isə səfirlikdə tapılmayıb. Azərbaycan XİN-indən məsələyə cavab gözləyirik.

EMİL JAFAROV 

Leave a comment

Related Posts