Oct 30, 2020, 1:21 pm
5 Users Online

Zakir Qaralov həm aferist, həm də “maşennik” imiş

O, rayon prokurorlarına “yenidən təyin edilirəm, pul lazımdı” deyərək pul yığıb aradan çıxıb

Sabiq baş prokuror Zakir Qaralovun kifayət qədər cinayətlərə imza atdığı məlumdu. Bu günlərdə isə məlum olub ki, o, həm də vicdansız acgöz və əsl “maşennik”, yəni, dələduz imiş. 
Belə ki, Qaralov bir daha prokuror təyin edilməyəcəyini bildiyindən Azərbaycanın rayon prokurorlarına guya yenidən baş prokuror olacağını deyib. Onların bir qismindən borc, bir qismindən “şirinlik” adıyla pullar yığıb. Baş prokurorluqdan kənarlaşan kimi də prokurorların zənglərinə cavab verməyərək aradan çıxıb. İndi rayon prokurorları onu axtarırlar. Bu acgöz dələduzun isə harda olduğu gizli saxlanılır. 

Time TV

Leave a comment

Related Posts